Bu gün:

Əsnəməyin psixologiyası


Yoluxucu əsnəmə, birinin əsnəməsini görmək, eşitmək və ya sadəcə düşünmək nəticəsində digər insanların da əsnəmə meyli göstərməsi deməkdir. Araşdırmalara görə, insanların 40-60%-i bu təsirə məruz qalır. Bu fenomen insanlarla yanaşı, itlər, şimpanzelər, bonobolar və tutuquşular kimi heyvanlarda da müşahidə olunur.

Yoluxucu əsnəmənin səbəbləri

İki əsas nəzəriyyə bu davranışı izah edir:

1. Şüursuz təqlid (xameleon effekti): İnsanların başqalarının hərəkətlərini fərqində olmadan təqlid etməsi, sosial bağların güclənməsinə kömək edir.

2. Empati modeli: İnsanların və heyvanların başqalarının emosiyalarını bölüşərək sosial əlaqələrini gücləndirməsi nəzərdə tutulur.

Empati və güzgü neyronları

Güzgü neyronları həm öz hərəkətimizdə, həm də başqalarının hərəkətlərini izlədikdə aktivləşir. Bu neyronlar əsnəməni və empati qabiliyyətini dəstəkləyərək sosial anlaşmanı artırır. Məsələn, itlər sahiblərinin əsnəməsini daha çox təqlid edir, şimpanzelər isə yaxınlarını müşahidə edərkən daha tez əsnəyirlər.

Təkamül və yoluxucu əsnəmə

Yoluxucu əsnəmə sosial heyvanlarda, xüsusilə itlər və quşlarda, müşahidə edilsə də, tənha yaşayan heyvanlarda, məsələn, tısbağalarda rast gəlinmir. Bu, bu davranışın sosial bağlılığı artırmaq və qrup birliyini təmin etmək üçün təkamül etdiyini göstərir.

Bu fenomenin mexanizmlərini və müxtəlif yaş qruplarında, eləcə də heyvan növlərində necə işlədiyini daha yaxşı anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.

Mənbə: psychology today 

Tərcümə edən: Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et