
Kilsələrdə eşidilən zənglər sadəcə bir ritual deyil, əsrlərdir davam edən dərin mənalı bir ənənənin əks-sədasıdır. Bu zənglər ibadətə çağırışdan xüsusi hadisələrin elanına qədər müxtəlif məqsədlər üçün istifadə olunur. Milad bayramından cənazələrə, sülh anlarından təhlükə xəbərdarlığına qədər hər zəng öz mesajını çatdırır. Bu qədim ənənənin tarixini və bu günkü əhəmiyyətini öyrənmək üçün zəng səslərinin arxasındakı sirləri araşdıraq:
Zənglər nə vaxt və niyə çalır? Onların mənası nədir?
İnsanları kilsəyə dəvət etmək üçün ibadətə çağırış və görüş zəngləri çalınır. Qədim dövrlərdə bu, kilsəyə getmək vaxtını bildirməyin ən təsirli yollarından biri idi. Günümüzdə də bir çox kilsələrdə ibadətin başlandığını elan etmək üçün zənglərdən istifadə edilir.
Əhəmiyyətli şəxslərin, məsələn, kralların, şahzadələrin, Papaların və ya yepiskopların ziyarətləri zəng çalınaraq elan edilir. Bu ənənə tarix boyu həm dini, həm də ictimai əhəmiyyət kəsb etmişdir.
Həyat döngüsü hadisələri:
Zənglər həyatın mühüm hadisələri olan doğum, evlilik və ölüm kimi döngüləri bildirmək üçün də istifadə olunur. Xüsusilə dəfn mərasimlərində "ölüm çanı" adlanan ənənə ilə mərhuma hörmət ifadə edilir.
Xüsusi Dini Günlər:
Milad, Pasxa və Pentikost kimi dini bayramlarda çalınan zənglər sevinc və şənliyi təmsil edir. Bu xüsusi günlərdə zənglərin səsi dini şövqün bir ifadəsidir.
Dua vaxtının müəyyən edilməsi
Zənglər dua vaxtının başlanğıcını və ya sonunu göstərmək üçün istifadə olunur. Bəzi kilsələrdə bu ritual əl zəngi və ya böyük zəng qüllələrinin səsləri ilə həyata keçirilir.
Bəzi hallarda, müharibə və sülh elanları və ya prezidentin andiçmə mərasimləri kimi ictimai tədbirlərdə də zənglər çalınır. Təbii fəlakət xəbərdarlığı üçün də istifadə edilmişdir. Lakin bu istifadələr kilsənin ixtiyarındadır.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
