
Ənənəvi İngilis günorta çay süfrəsi kral ailəsinə gəldikdə birdən mürəkkəb bir mərasimə çevrilir.
Saat beşdə (və ya sadəcə əsas yeməklər arasında, günortadan sonra) çay içmək adəti o qədər də qədim deyil. Onun müəllifi- Kraliça Viktoriyanın dostu və əyanı olan Bedford hersoginyası Anna Maria Russelldir (1783-1857).
Ancaq təbii ki, ingilis xanımları sadəcə çay içə bilməzdilər. Bu prosedur yenidən bir sıra qaydalar əldə edib. Beləliklə, İngilis kral ailəsidə bu prosedurlarldan keçir.
Birincisi, kral evində günorta çayı axşam çayı deyil!
Bunlar tamamilə fərqli süfrələrdir və fərqli şəkildə təqdim olunur.
Günorta çayı daha yüngül, axşam çayı isə daha doyumlu qəlyanaltılarla verilir.
Müvafiq olaraq, onlara fərqli xidmət göstərilir.
Axşam çayı daha mürəkkəb quruluşa malikdir, günorta çayı isə demək olar ki, primitiv şəkildə verilir - boşqab, çəngəl, bıçaq, qaşıq, çay fincanı və nəlbəki.
Stoldan yalnız fincan qaldırılır. Bir fincan çayla qalxmaq istəsələr nəlbəki götürürlər.
Krallar həmişə çaya süd tökürlər, əksinə deyil. Və bu statusun göstəricisidir!
Bəs fincanı necə tutmaq və çayı necə içmək lazımdır?
Baş və şəhadət barmağınızla fincanı alırmaq və içərkən fincana baxmaq mütləqdir. Bu çayın ətrafa sıçramaması üçündür.
Bəs çaya şəkəri necə ataq?
Burdaki əsas qayda, çaya qulaq asmırıq-çayı içirik. Yəni qaşıqla bərk səslər çıxardaraq qarışdırmaq olmaz. Şəkərin qarışdırılması stəkanın kənarlarına qaşıqla toxunmadan yüngül hərəkətlərlə edilir. Sonra qaşığı “6 saat” şəklində qoymaq və süfrəyə sıçratmamaq lazımdır.
Kraliça işini bitirib süfrədən qalxıbsa, çay süfrəniz də başa çatıb deməkdir.
Və ən əsası unutmayın ki çay içmək-zövq almaqdır. Çay süfərsi zamanı zövq almağı unutmayın
Mənbə: dzen. Ru
Tərcümə etdi:Fatimə Umarbəy
