Bu gün:

İkinci dil öyrənmək demansın qarşısını alır


Gündəlik həyatda ikinci bir dil öyrənmək, o dildə danışmağın yaddaşı gücləndirdiyi və sonrakı yaşlarda demensiyanın (unutqanlığa səbəb olan xəstəliklərin ümumi adı) qarşısını aldığı açıqlanıb.

“Neurobiology of Aging” jurnalının aprel sayında dərc edilən araşdırmada deyilir ki, birdən çox dil bilmək yaddaşı gücləndirməklə yanaşı, yaşlılarda demensiyadan qoruya və koqnitiv geriləmənin qarşısını ala bilər.

Vurğulanıb ki, tədqiqatlar ikidillilik ilə demensiyanın qarşısının alınması arasında heç bir əlaqə tapa bilməsə də, bəzi araşdırmalar ikidilli danışanların bir dildə danışanlara nisbətən daha gec yaşda demensiya diaqnozu qoyulduğunu müəyyən etsə də, ikidillilik arasındakı əlaqəyə dair daha dəqiq məlumatların və beyin xəstəlikləri son illərdə müəyyən edilmişdir.

Araşdırmada 59-76 yaş arası 746 subyektə lüğət, yaddaş, diqqət və hesablama ilə bağlı suallar verilib. Məsələn onlardan əvvəllər adlandırılmış obyektləri xatırlamaq, sözləri geriyə doğru yazmaq, üç hissədən ibarət əmrləri yerinə yetirmək və onlara təqdim olunan dizaynları köçürmək tapşırılıb. Tədqiqata qatılanların təxminən yüzdə 40-da yaddaş probleminin olmadığı, digər subyektlərin isə çaşqınlıq və ya yaddaş itkisi kimi problemlərlə daha əvvəl həkimə müraciət etdiyi bildirilib.

Vəd verir

13-30 və ya 30-65 yaşlarında ikinci dili öyrənib danışanların dil, yaddaş, konsentrasiya, diqqət və qərar qəbul etmə qabiliyyətlərində bu dili bilməyənlərə nisbətən daha yüksək nəticələrə sahib olduğu müəyyən edilib.

Tədqiqatda iştirak etməyən Kolumbiya Universitetinin müəllimi, nevroloq Miguel Arce Renteria, erkən və orta əsrlərdə iki dildən istifadə edə bilmənin sonrakı yaşlarda koqnitiv sağlamlığa faydalı təsirinin ümidverici olduğunu və bunun da uzunmüddətli tədqiqatlara töhfə verir.

Digər tərəfdən, tədqiqatda iştirak etməyən Kaliforniya Universitetinin müəllim üzvü Boon Lead Tee, tədqiqatçıların çox sayda mövzuya əsaslanaraq, dil öyrənmə yaşının yaşlı yaşlarda demensiyaya tutulmasına təsirini ortaya çıxara biləcəklərini vurğuladı. Tee təklif etdi ki, tədqiqatçılar yalnız müəyyən yaşlarda iki dildən istifadənin təsirlərinə diqqət yetirsələr də, ikinci dilin yaddaşa yerləşdirildiyi yaş və ikidillilərin demoqrafik və ya həyat təcrübəsi də əhəmiyyətli ola bilər.

Neyroloqlar proqnozlaşdırırlar ki, ikidilli insanlar dilləri səlis şəkildə dəyişdiklərinə görə çoxlu vəzifələr yerinə yetirmək, emosiyaları idarə etmək və özünü idarə etmək kimi bacarıqlarda oxşar qabiliyyətlərə malik olacaqlar ki, bu da demensiyanı gecikdirməyə kömək edə bilər.

Mənbə: Sözcu

Tərcumə etdi: Xədicə Cabbarlı 

Paylaş
Şərh əlavə et