Bu gün:

Utancaqlığa nə səbəb olur?


Hər hansı ictimai bir yerə gedərkən başqa insanlarla görüşmək və danışmaq fikri sizi qorxudurmu? Yoxsa sadəcə ictimai çıxış və ya təqdimat sizə həyəcanlı gəlir? Əgər belədirsə, siz tək deyilsiniz.

Akindele Michael utancaq uşaq olub. O, vaxtının çox hissəsini ailəsinin Nigeriyadakı evində keçirib. Valideynləri heç də utancaq deyildilər.  Akindele isə utancaqlığını evin qapalı,  qorunan mühiti ilə əlaqələndirir. Yəni həqiqətən belədir?

London Kings kollecinin inkişaf davraış genetikası professoru Thalia Eleyə görə, bu qismən doğrudur.

"Utancaqlıq temperamentlə əlaqəli bir xüsusiyyətdir və temperament şəxsiyyətin xəbərçisi kimidir. Balaca uşaqlar tanımadığı insanlarla danışanda onların rahatlıq səviyyələrinin fərqli olduğunu görürük" deyib.

Eley deyib ki, utancaqlığın yalnız yüzdə 30-u genetika ilə, qalanı isə ətraf mühitin təsiri ilə bağlıdır.

Utancaqlıqda genetikanın rolu ilə bağlı araşdırmalar bir-birinin genetik surəti olan əkizlərlə aparılır.

Eleyin fikrincə, belə əlamətlərin yaranmasında ətraf mühit faktorları daha önəmlidir. Genetika ilə bağlı maraqlı məqamlardan biri odur ki, o bizi ətraf mühit faktorları daxilində öz meylimizə istiqamətləndirir.

Məsələn, utancaq uşaq digər uşaqlarla oynamaqdansa, oyun meydançasında onları izləməyə daha çox meylli ola bilər. 

Eley deyib: “Biri və ya digəri yoxdur, həm genlər, həm də ətraf mühit effektivdir və birlikdə işləyir. Bu dinamik bir sistemdir və buna görə də onu psixoloji müalicələrlə dəyişmək həmişə mümkündür."

Utancaqlıq pis bir şeydir?

Londondakı klinik psixoloq Kloe Fosterə görə, utancaqlıq olduqca yayğın və normaldır;  Nə qədər ki, sosial narahatlıq doğurmur, başqa problem yaratmır.

Foster deyib ki, insanlar "etməli olduqları bir çox şeydən qaçmağa başlayanda" müalicə axtarırlar. Bunlar həmkarları ilə düzgün dialoq qura bilməmək, sosiallaşmaqda çətinlik çəkmək və ya başqaları tərəfindən mühakimə ediləcəyini hiss etmək kimi hallar ola bilər.

Mənbə: BBC

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et