Bu gün:

Həyatın reallıqlarını dərk etməyin yolları


Biz bu həyatın hər şeyinin tam fərqindəyikmi, yoxsa əslində bir yuxunun içindəyik və yalnız şüurumuzun oyanışı ilə həqiqəti dərk edə bilərik?

Bir yuxunun içində olduğunuzu biri sizə desə və "Gəlin, bu yuxudan oyanın" söyləsə, yəqin ki, belə cavab verərsiniz: "Xeyr, mən sizi qarşımda görürəm, hər şey gerçəkdir, mən nədən oyanmalıyam?" Çünki insan özünün ayıq olduğuna inanır. Halbuki, əslində, biz hər birimiz özümüzün əks olunmasından yaranmış bir yuxunun içindəyik. Necə ki, ruhsal yuxu adlandırılan vəziyyətdə hər şey – gün ərzində yaşananlar, hisslər, görünənlər və istəklər – beynimizdə yaranır və bizə bir mesaj kimi əks olunur, bu fiziki həyat adlandırılan yuxuda da eyni proses baş verir.

Bu nöqtədə, ruhsal yuxuda olduğu kimi, bu həyatın da bir yuxu olduğunu dərk etmək çox vacibdir. Bəs bunu necə anlamaq olar? İlk növbədə, həyatımızda baş verən hadisələrin “riyazi bir düzən” içində olduğunu qəbul etməliyik. Uşaqlığınızdan bəri başınıza gələn hadisələri diqqətlə nəzərdən keçirin. Görəcəksiniz ki, həmin hadisələr fərqli formalarda olsa da, təkrar-təkrar qarşınıza çıxır.

Deməliyik ki, sən elə mükəmməl bir sistemsən ki, həyat dediyin şey əslində sənin özündən əks olunur. Həyatın rejissoru, prodüseri və baş rolu sənsən. Digər hər şey isə, ola bilsin ki, yalnız epizodik rollardan ibarətdir. Bu rollar isə sənin düşüncələrindən, duyğularından yaranır. Əgər bu səhnənin tamamilə səndən əks olunduğunu dərk edə bilməsən, çəkdiyin filmin içində epizodik bir rol kimi çıxış etməyə davam edəcəksən. Ancaq bir gün bu filmin yazarı, rejissoru və prodüseri olduğunu anladığın anda "oyanış" və "fərqindəlik" başlayır. O zaman hansı duyğu və düşüncə ilə nələr yaratdığını, həyatına hansı hadisələri cəlb etdiyini və bu “yuxu” adlandırılan vəziyyətin içində necə bir reallıq qurduğunu aydın şəkildə görəcəksən.

Xarici dünya səni idarə etmir; əksinə, o, yalnız sənin ona verdiyin səlahiyyətlə hərəkət edir. Xarici dünyanın səni idarə etdiyini düşünməyin, əslində, bu icazəni sən özün ona verdiyin üçün mümkündür. Narahatlıq, problem və ya xəstəlik kimi qəbul etdiyin və qaçmağa çalışdığın hər şey də mükəmməl bir riyazi düzənlə işləyən bu simulyasiyanın bir hissəsidir. İnsan adlandırdığımız bədən quruluşunun isə heyrətamiz qabiliyyətləri və potensial xüsusiyyətləri vardır.

Emosional zəka, düşüncələrimiz və bədən qabiliyyətlərimiz bizə bu maddi dünyada pillə-pillə hakimiyyət qurmaq imkanı verir. Hər birimiz, əslində, bu dünyada başqasının bacardığını bacarmaq gücünə malikik. Bəziləri bu qabiliyyətlərini inkişaf etdirərək gücləndirir, digərləri isə onları istifadə etmədikcə zəiflədir. Sistem hamımıza eyni enerjini, eyni fürsətləri və eyni səlahiyyətləri təqdim edir. Bununla belə, bu imkanlardan istifadə edib-etməmək azadlığı hər birimizin öz seçimindən asılıdır.

Əsas məsələ, həyatımızda baş verən hər şeyin səbəbinin özümüzdən qaynaqlandığını dərk etmək və bu şüur səviyyəsinə çatmaqdır. Bu fərqindəliyə çata bilməyənlər, xarici dünyanı ittiham edərək həyat çarxında eyni şəkildə dövr etməyə davam edirlər. Halbuki xarici dünyada gördüyümüz hər şey, əslində, bizim daxili dünyamızın bir əksidir. Xaricdəki hadisələrə qorxu və narahatlıqla reaksiya verdikdə, həmin duyğular həyatımıza yansıyır. Məsələn, “İqtisadiyyat nə olacaq?” və ya “Ölkənin vəziyyəti necə olacaq?” kimi qayğılarla yaşadıqda, bu qorxu və narahatlıqları öz reallığımıza daxil etmiş oluruq. Bu da həyatımızda eyni duyğuları təkrarlayan vəziyyətlər yaradır. Tam əksinə, həllə fokuslananda və çıxılmaz vəziyyət kimi görünən bir vəziyyətdə belə həll yolunun özümüzdə olduğunu dərk edərək hərəkət etdikdə, həyatımızı dəyişdirmə gücümüz olduğunu anlayırıq.

İstəyən hər bir insan bu fərqindəliyə çata bilər və oyanış yolunda addım-addım irəliləyər. Oyanış, tək bir mərhələ və ya qapı deyil; əksinə, bir-birinin içində gizlənmiş, tədricən açılan idrak qapılarından ibarətdir. Hər yeni qapı, insanı daha dərin bir anlayışa və daha yüksək bir şüur səviyyəsinə aparır.

Mənbə: Onedio

Tərcümə etdi: Zeynəb Həsənova


Paylaş
Şərh əlavə et