
1930-cu ildə ABŞ Kanadanı ələ keçirmək üçün çox ciddi plan hazırlayıb.
Müharibə planı "Qırmızı Kanada" nı işğal etmək adlı bir plan olub. Məsələ burasındadır ki, Birinci dünya müharibəsindən sonra ABŞ dünyanın ehtiyat valyutasını əlindən alaraq, İngiltərədən bir neçə müstəmləkəni qopararaq Britaniyanı liderlik mövqesindən sıxışdırıb çıxardıb.
Amerikalılar narahat idilər ki, Britaniya, öz azalan gücündən istifadə edərək və vəziyyətin hansı tərəfə dəyişdiyini anlayaraq, Kanadanı vasitəçi kimi işlədib ABŞ-a təzyiq göstərə bilər. ABŞ Müdafiə Nazirliyi isə həmişə hesab edir ki, ən yaxşı müdafiə hücumdur. Buna görə də, hər hansı bir münaqişə əlaməti ortaya çıxarsa, dərhal Kanadaya hücum etməyi planlaşdırırdılar.
Plan Halifax limanını dəniz blokadası ilə mühasirəyə alaraq başlayırdı və iki istiqamətdən həm qurudan, həm də dənizdən hücumu nəzərdə tuturdu. Detroit və Albanydən hərəkət edən qoşunlar Toronto və Monreala doğru irəliləyəcək, Bellinghamdan gedən qoşunlar Vankuveri ələ keçirmək üçün hücuma keçəcək, Bostondan isə Halifaxı hədəf alacaqdılar. Albany və Vermontdan irəliləyən qoşunlar Buffalodan gələn qüvvələrlə birgə Kanadanın elektrik şəbəkəsini kəsərək Niaqara şəlaləsini nəzarətə götürməyi planlaşdırırdılar.
Maraqlıdır ki, plan Çarlz Lindberq tərəfindən hazırlanıb. Bir neçə il sonra o, Adolf Hitlerin tərəfdarı olub.
Plan 1974-cü ildə məxfilikdən çıxarılıb və Kanadada böyük narazılığa səbəb olub.
Mənbə: zachwill.com
Tərcümə etdi: Səid Quliyev
