
Ev heyvanları siyahısında yer alan pişiklər hər gün qarşılaşdığımız heyvanlardır. Bəs bu heyvanlar haqqında nə qədər məlumata sahibsiniz?
Pişiklər haqqında ən maraqlı və az bilinən məlumatlar:
1) Sağlam, yetkin bir pişiyin ağzında 30 diş olur.
2) Pişiklər hündürlükdən yıxılanda tarazlıq mexanizmi sayəsində dördayaq üstə yerə düşürlər və pişiklər nə qədər yüksəkdən düşürsə o qədər çox həyatda qalma şansları olur.
3) Pişiklərin burun izləri insan barmaq izlərinə bərabərdir və hər biri fərqlidir.
4) Pişiklərin qollarında tər vəziləri yoxdur, onlar yalnız pəncələrindən tərləyirlər.
5) Pişiklərin mırıltı səsinin sınıqları və çıxıqları sağaltmaqda və qan təzyiqini tarazlaşdırmaqda faydalı olduğu aşkar edilib.
6) Pişiklər özlərini insanlara və əşyalara sürtməklə məkanlarını və obyektlərini təyin edirlər.
7) Orta ömrü 15 il olan bir pişik ömrünün təxminən 126 ayını yataraq keçirir.
8) Pişiklərin qulaqlarında qulaqcığı istiqamətləndirən 20-yə yaxın əzələ var və onlar koordinasiyada işləyir, bu isə qulağın səsləri daha yaxşı qəbul etməsinə şərait yaradır.
9) Ən çox doğum edən pişik rekordu 420 pişik balasıyla “Dusty” adlı pişikdir.
10) Bütün dünyada qara pişiklərin bədbəxtlik gətirdiyinə inanıldığı halda, qara pişiklər yalnız İngiltərə və Avstraliyada şans mənbəyi hesab olunur.
11) Sağlam pişiyin qabaqda beş, arxa ayaqlarında isə dörd barmaq var.
12) Bığ pişiyin tarazlıq orqanı deyil. Bu, sadəcə olaraq, bir yerə girə biləcəyini ölçmək üçün bir vasitə rolunu oynayır.
13) Pişiklər dırmaşdıqları yerdən tərs enə bilməzlər. Dırnaqları bunun üçün uyğun deyil.
14) Pişiklərin körpücük sümükləri yoxdur.
15) Pişiklərin yaddaşı itlərdən daha güclüdür.
16) Məşhur inancın əksinə olaraq, pişiklər gecələr insanlar kimi yaxşı görə bilmirlər.
17) Dünyada 500 milyon ev pişiyi var.
18) İlk pişik nümayişi 200 il əvvəl keçirilib.
19) Pişiklər heç vaxt şirin dadları hiss edə bilməzlər.
20) Pişiklər dünyadakı insanların təxminən 12%-i tərəfindən sevilir.
21) Heç vaxt pişiklər üçün yem kimi süd, çiy balıq və çiy yumurta verilməməlidir.
Mənbə: Onedio
Tərcümə etdi: Dilbər Paşazadə
