Bu gün:

"Vətəndaş müharibəsi" 2024-cü ilin ən yaxşı filmləri arasındadır


Rejissor Aleks Qarlandın çəkdiyi "Vətəndaş Müharibəsi" BBC tərəfindən 2024-cü ilin ən yaxşı filmləri arasında ən diqqət çəkən film arasında yer alıb. Kirsten Dunst, Vaqner Moura, Nick Offerman və Cesse Plemons kimi usta aktyorları bir araya gətirən film ABŞ-ın dağılmasını və vətəndaş müharibəsi astanasında olan yaxın gələcəyini ətraflı şəkildə təsvir edir.

Filmin mərkəzində hərəkətlərlə dolu hadisələrin şahidi olan Kirsten Dunst tərəfindən canlandırılan cəsur fotojurnalist dayanır. Dunst personajı ölkə daxilində baş verən hadisələri izləyir, vətəndaş müharibəsinin çətinliklərini və xaosunu sənədləşdirmək üçün böyük risklər götürərək tamaşaçını müharibənin ortasına çəkir. Aleks Qarland Vaşinqtonun xaotik küçələrindən tutmuş dinc görünən kənd yerlərində şiddətli toqquşmalara qədər hər səhnədə tamaşaçıların əsəblərinə toxunur.


“Vətəndaş müharibəsi” başdan sona güclü hərəkət və gərginlik atmosferi daşıyır, lakin film bununla məhdudlaşmır. Qarland gələcək haqqında bədbin düşüncə ilə tamaşaçıları sarsıtmaqla yanaşı, filmin fantastikasını real dünyamızla o qədər yaxından əlaqələndirir ki, bu, hər an gerçəkləşə biləcək distopiyaya (hər şeyin pessimist olduğu gələcəyin uydurması) baxmaq hissi yaradır.


Vətəndaş müharibəsi, faşist hökumətinin qaranlıq təsiri altında cəmiyyətin parçalanması, fərdi müqavimət kimi dərin mövzular ətrafında formalaşan bu film təkcə kino baxımından deyil, həm də insanlara verdiyi sosial mesajları ilə mühüm yer tutur.


“Vətəndaş müharibəsi” 2024-cü ilin ən çox danışılan filmlərindən biri olub. Rejissoru Aleks Qarlandın bu filmi təkcə hərəkət həvəskarları üçün deyil, həm də distopiya və sosial tənqidi sevən kinosevərlər üçün unudulmaz təcrübə təqdim edir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et