Bu gün:

Kallas və Onassisin sevgi hekayəsi: milyarder opera divasını necə məhv edib?


Ən məşhur opera müğənnisi Mariya Kallasın həyatında üç ehtiras var idi: opera, zinət əşyaları və Aristotel Onassis. Diva ilə milyarder arasındakı münasibət təxminən 20 il davam edib. Böyük opera müğənnisinin o dövrdə dünyanın ən zəngin və nüfuzlu adamına olan sevgisi ona və karyerasına baha başa gəlib.

Maria Kallas-1923-cü ildə Nyu-Yorkda yunan mühacir ailəsində anadan olub. Yüksək iş potensiyalı və istedadı sayəsində Maria tezliklə La Skala və Metropolitan Operasının primasına çevrilib.

Kallasın peşəkar həyatını opera sənətinin böyük mütəxəssisi və bilicisi, eyni zamanda italyan sahibkar Giovanni Battista Meneghini təşkil edirdi. Məhz o, məşhur müğənninin impresario rolunu üzərinə götürüb və 1949-cu ildə onun əri olub. Lakin bir müddət sonra Maria Covanniyə ata sevgisi bəslədiyini etiraf edib.

Covanni özündən 28 yaş kiçik olan həyat yoldaşını bütləşdirirdi. Gələcək divanı qayğı ilə əhatə edib, bir mentor, dost və dəstək olub. Bu münasibət zamanı Mariya çiçək açıb, 40 kq arıqlayıb və hətta opera dünyasından uzaq olanlara da tanış olacaq o ulduza çevrilib.

Bir gün Aristotel Onassis Mariyanın çıxışına qatılıb - hər şeyə sahib olan bir adam: yaxtalar, şəxsi təyyarə, dünyanın hər bucağında villalar və əlbəttə ki, çoxlu gözəl qadınlar. Callas səhnəyə çıxan kimi, yunan aydın şəkildə başa düşdü ki, jurnalistlərin adlandırdıqları "şeytan diva"-Mariya yalnız ona məxsus olmalıdır. Onun şərəfinə Londonun məşhur Dorchester otelində möhtəşəm qonaqlıq təşkil edib.

Həmin  gündən etibarən Aristotel Mariyanın ardınca gedib: ona hədiyyələr və böyük buketlər yağdırdı. Opera müğənnisinə daim çiçəklər çatdırılırdı: yaşadığı mənzilə, nahar etdiyi restorana, tamaşalardan əvvəl soyunub-geyinmə otağına. Onların sevgi hekayəsinin başlanğıcı romantik görünə bilər, lakin Onassis subay deyildi. Kallasla görüşməzdən bir neçə il əvvəl o, rəqibinin qızı, 17 yaşlı Afina Livanos ilə evlənib. Bir il sonra yeni qurulan cütlüyün Aleksandr adlı oğlu və Kristina adlı bir qızı var idi. 

1959-cu ilin yayında Onassis Mariya və ərini yaxtasında kruizə dəvət etmək qərarına gəlib. 3 həftəlik səyahət zamanı Kallas və Onassis bir-birlərinə heyran qalıb və heç kim Aristotelin rəsmi həyat yoldaşının qarşısında ünsiyyətdən utanmayıb. Lakin Marianın əri Covanni şok vəziyyətində idi. O, Mariyanı sevirdi və bunu bağışlamağa hazır idi. Onassisin arvadı Afina isə qəzəblənib və hamının gözü qarşısında alçaldılmasını bağışlaya bilməyib boşanmaq üçün məhkəməyə müraciət edib.

Ancaq Mariya ilk dəfə aşiq olub və sevildiyini hiss edirdi. Beləliklə, o, opera karyerasını unutmağa başlayıb və ən yaxşı teatrların yeni müqavilə təkliflərinə marağını itirirdi. Bu da sonun başlanğıcı oldu... 

O, müğənnini zinət əşyaları və çiçəklərlə boğmağa davam edirdi, lakin milyarderin sevgi şövqünün gündən-günə söndüyü açıq-aşkar görünürdü. Bundan əlavə, Aristotelin başqa qadınları da var idi və ayrılıqdan sonra başqa bir buket çiçək göndərilərkən və Mariyanın qəzəbi sevincə çevrilirdi. Hər görüş onun üçün yeni bir bal ayı sayılırdı.

Opera divası getdikcə tək vaxt keçirib və uşaq haqqında xəyal qurmağa başlayıb. Ancaq nəhayət möcüzə baş verəndə Aristotel “problemdən” qurtulmaq istəyib və onu yenidən tək buraxıb, lakin Kallas hamiləliyini dayandıra bilməyib. Onların yeganə oğlu Qomer vaxtından əvvəl doğulub və doğuşdan iki saat sonra ölüb. Mariya onu Milanda qəbiristanlıqda tək dəfn edib və ömrünün sonuna qədər oğlunun məzarını ziyarət edib.

Belə ki, həddindən artıq stress səbəbindən böyük müğənni səsini itirməyə başlayıb. 1965-ci ildə Parisdə o, ariyanı sona qədər oxuya bilməyib və əvvəlki virtuozluğundan əsər-əlamət belə qalmayıb. Zal donub, şoka düşən musiqiçilər ifa etməyi dayandırıblar. İkinci cəhddə Kallas oxumağı bitirə bilib. Bu hadisədən sonra müğənni teatrlarda fəaliyyətini dayandırıb və ara-sıra yalnız solo konsertlər verib. Lakin onun peşəkar karyerası başa çatıb. Sevdiyi adamın dəstəyi əvəzinə eşitdi söz isə: "Sən heç kimsən"-olub.

Və çox keçmədən qəzet manşetlərindən Mariya öyrənib ki, sevgilisi ABŞ prezidentinin dul arvadı Jaklin Kennedi ilə evlənəcək. Bu daha bir zərbə idi - ərindən boşanmaq üçün 8 il gözləyib və rəsmi azadlıq əldə edəndə həyatının kişisi başqa qadınla evlənib! Onassis və Kennedinin evliliyi hər ikisi üçün faydalı idi - ərinin və qardaşının öldürülməsindən sonra Jaklin qorxu içində yaşayırdı və Aristotel ona təhlükəsiz və rahat bir yaşayış təmin edə bilərdi.

Kallas əsəb krizi keçirib, evdən çıxmağı dayandırıb və daim dərman qəbul edib. O, həddindən artıq dozadan sonra xəstəxanaya yerləşdirilib. Xəstəxanada olarkən ürəyində ümid parıldamağa başlayıb ki, Aristotel Jaklindən əl çəkib onu xilas etməyə tələsəcək, lakin bu baş verməyib.

1975-ci ilin martında Onassisin səhhəti pisləşməyə başlayıb. Ceki ətrafda olmayanda Onassisin bacısı Artemis Mariyaya gələ biləcəyini söylədi. Onların vida mərasimi belə baş tutdu. Onassis 5 həftə huşsuz vəziyyətdə qalıb. Kallas həyatının sevgisinə baxaraq onu sonsuza qədər sevəcəyini pıçıldayıb...

Mənbə: arts tobe

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et