
Uğur hər bir insanın həyatında arzuladığı bir hadisədir. Tarix boyu insanlar bu hadisəni müxtəlif simvollarla əlaqələndirmişlər. Bunlardan biri də dördyarpaqlı yoncadır. Qədim miflərə görə, 1-ci yarpaq imanı, 2-ci yarpaq ümidi, 3-cü yarpaq sevgini, 4-cü yarpaq isə şansı təmsil edir.
Bu vəziyyət bir çox mədəniyyətlərdə, o cümlədən qədim semit dinlərində müşahidə olunur. Xristianlığa görə, Eden bağında Həvva bəxt üçün bağda tapdığı dördyarpaqlı yoncanı özü ilə aparırdı. Amma bu gün hamı bilir ki, bu simvol Keltlərin (İrlandiya) simvoludur. Keltlər bu simvolu talisman kimi istifadə edirdilər ki, xoşbəxtlikdən çox pis ruhları dəf etdilər. Bəxt haqqında ilk istinad 1877-ci ildə Sankt-Peterburqda olmuşdur. Bu, Nicholas jurnalına məktub yazan 11 yaşlı bir qızdan ola bilərdi və məktubunda aşağıdakı cümləni etdi. "Pərilər heç qulağınıza pıçıldayıblarmı ki, dördyarpaqlı yonca onu tapana uğurlar gətirir?"
Yəni dördyarpaqlı yonca varmı?
Yonca Trifolium cinsinə aid bir bitkidir və 300 müxtəlif növ müəyyən edilmişdir. Ümumiyyətlə, bu bitki öz quruluşuna görə üç yarpaq yaradır. Ancaq araşdırmalar göstərir ki, genetik müxtəlifliyə görə adətən üç olan bu bitkinin yarpaqlarının sayı mutasiya və təkamül prosesinin təsiri ilə üçdən çox ola bilir.
Statistikaya görə, təbiətdə hər 10.000 üçyarpaqlı yoncada bir dördyarpaqlı yonca var. Bu vəziyyəti nəzərə alanda yada “nadir” sözü gəlir. Bu nadir sərvəti tapdığınız zaman özünüzü şanslı hiss etməyiniz normaldır.
İndiyə qədər ən çox yarpağı olan yonca ilk dəfə Yaponiyanın Hanamaki şəhərində Şieqo Obara tərəfindən 2002-ci ildə 18 yarpaq və 2008-ci ildə 21 yarpaqla kəşf edilmişdir. Həmin şəxs 10 may 2009-cu ildə 56 yarpaqlı yonca taparaq rekordlar kitabına düşüb.
Mənbə: Buzzfeed
Tərcümə etdi: Mina Yadigarlı
