Bu gün:

Tarixi işgəncə metodları


İnsan zehni uzun müddət yeni və qorxunc cəza metodları yaratmaq qabiliyyətinə malik olub. Yanğında yandırılmaq, daşlanmaq və asılmaq kimi standart üsulları hər kəs bilir. Tarix boyu olduqca qəddar işgəncə və edam metodları olub.  

Upright Jerker (Dik dartıcı)

Asmağın klassik versiyasını təkmilləşdirən bu üsul məhkumun boğazını daha tez qırmaq üçün ağır çəkilər və çarxlardan istifadə edərək sürətlə yuxarı çəkilməsini təmin edirdi. Lakin həmişə planlandığı kimi işləmirdi.
Yüksəkdən atılma

Tarix boyu cinayətkarlardan qurtulmağın sadə yolu onları uçurumdan atmaq olub. Bu üsul artıq geniş tətbiq olunmasa da, bəzi ölkələrdə hələ də istifadə olunur.

Fil ilə əzmək

Cənubi və Cənub-Şərqi Asiyada fillərin məhkumları qəddar şəkildə əzmək üçün xüsusi təlim keçdiyi bu metod çox təsirli idi.

Ling Chi (Min kəsiklə ölüm)

Çində tətbiq olunan bu üsulda məhkum dirəyə bağlanır və dərisi, əzaları bir-bir kəsilərək sonda ürəyinə zərbə vurulurdu. Bu işgəncə 10-cu əsrdən 1905-ci ilə qədər davam edib.

Qanlı qartal

Skandinaviya mifologiyasında təsvir olunan bu işgəncə üsulunda məhkumun qabırğaları qırılıb “qanadlar” şəklində geri əyilir, ağ ciyərləri çıxarılaraq üzərinə duz səpilirdi.

Keelhauling (Gəminin altından sürükləmək)

Hollandiyalılar tərəfindən düşünülən bu metodda məhkum gəminin altından keçərək sürüklənirdi. Bu, ölümcül olmasa da, dəridə dərin yaralar buraxırdı.

Qaynadılma

Məhkumlar qaynar su, yağ və ya katrana atılırdı. Soyuq mayenin içində qaynamağa qədər qızdırılması daha dəhşətli nəticələrə səbəb olurdu.

Edam furgonları 

Çində mobil edam furgonları məhkumların yerindəcə öldürülməsini təmin edir. Bu üsul daha ucuz və “insani” hesab olunurdu.

Qızartma

Məhkumlar dəmir tor üzərində qızdırılır və bəzən yağla yağlanırdı.

Çəkilib dördə bölünmə

Bu metodda məhkum atlara bağlanır, ətrafları çəkilir və bədəni dörd yerə bölünürdü. Xəyanətkarlar üçün nəzərdə tutulan bu cəza 1867-ci ildə ləğv edilib.

Strappado

Məhkum əllərindən asılır, çiyinlərdə çıxıqlar yaranırdı. Bəzən daha ağır çəkilər əlavə edilirdi.

Ağ işgəncə

Həbs olunan şəxsin paltarı, otağı və yeməyi tamamilə ağ olur, işıqlar 24 saat yanırdı. Bu psixoloji işgəncə ən dağıdıcı təsirə malik idi.

Poena Cullei (Torba cəzası)

Qədim Romada yaxın qohumlarını öldürənlər heyvanlarla birlikdə torbaya tikilir və suya atılırdı.

Scaphism

Məhkum iki qayıq arasında sıxışdırılır, bal və süd ilə qidalanırdı. Günəş altında qalan cəsəd böcəklərin hədəfinə çevrilirdi.

Bu üsulların dəhşətləri tarixin ən qaranlıq dövrlərini əks etdirir.

Mənbə: Britannica news

Tərcümə etdi: Nigar Muştaqova  
Paylaş
Şərh əlavə et