Bu gün:

Nikola Tesla həyatımızı necə asanlaşdırdı?


7 yanvar 1943-cü ildə vəfat edən Nikola Teslanın ixtiraları bu mətni sizə çatdırmağımıza kömək etdi.

Tarixçi və kinorejissor Maykl Krause deyib: "Mən Teslanı təkcə elektrik enerjisinin və ya dünya kommunikasiyalarının atası kimi görmürəm. Onun ideyaları öz dövrünü qabaqlayırdı. O, bəşəriyyətin təkamülünə töhfə verən uzaqgörən idi".

1890-cı illərin sonlarında Tesla yeni icad etdiyi transformatoru nümayiş etdirmək üçün əlində parlayan borular tutaraq Nyu-Yorkdakı Kolumbiya Kollecinin səhnəsində gəzəndə dünya hələ də qaranlıq idi.

Tarixçi İvan Rhys Morus Nikola Tesla haqqında kitabında deyir: "O günlərdə elektrik gələcəyin məhsulu idi və insanların çoxu onun necə işlədiyini görmək üçün onun sərgiləndiyi yerləri ziyarət etməli idi".

Nikola Tesla 1856-cı ildə Avstriya omperiyasının indiki Xorvatiya ərazisindəki Smilyan şəhərində anadan olub. Yeni Dünya metropolunun parlaq işıqları üçün buradan ayrılanda o, hələ gənc idi.

1884-cü ildə məşhur ixtiraçı və iş adamı Tomas Edisonla işləmək üçün Nyu-Yorka getdi. "O, qədim dünyadan gəldi və müasir dövrün qəhrəmanına çevrildi" deyib Krause.

Başqa bir bioqraf, elektrik və mexaniki mühəndis (və futurist) İnez Uitaker Hantın dediyinə görə, Tesla Amerika torpağına ayaq basanda cibində cəmi bir neçə sent və uçan maşın hesabı var idi.  Amma Teslanı məşhur edən uçan maşın olmazdı. İllərdir alternativ cərəyan mühərrikləri üzərində işləyirdi. O, Birləşmiş Ştatlara doğru zamanda gəldi. Dünya inkişaf edirdi və daha çox enerji tələb olunurdu.  Buna görə də, elektrik enerjisini maşınlara çatdırmaq və işıqları yandırmaq üçün ən səmərəli yol tapmaq üçün yarış gedirdi.

Tesla simsiz siqnal ötürülməsi ilə təcrübə aparmağa başlayanda dünya mesajları kabellər vasitəsilə göndərirdi.

Onun ən böyük məqsədi dünya miqyasında ünsiyyəti təmin etmək idi. O, hər kəsin istənilən yerdə əldə edə biləcəyi qlobal video və audio rabitəni təmin edən simsiz sistem üzərində işləyirdi. Lakin 1890-cı illərin əvvəllərindən ona büdcə ilə təminat verən amerikalı J.P.  Morqan dəstəyini geri götürdü.

"Təəssüf ki, onun ən böyük arzusu gerçəkləşmədi, nə o, nə də texnologiya o nöqtədə idi" deyir Klause.

Tesla bir sıra digər layihələr üzərində işləməyə davam etdi, lakin tez-tez vəsait tükəndi. Elm və mühəndisliyin bir çox insanın iştirak etdiyi əməkdaşlıqdan asılı olduğunu başa düşə bilmədiyi üçün fikirlərinin çoxu sadəcə qeydlərdə qaldı.

Morusun sözlərinə görə, "Tesla əhəmiyyətli bir səhv etdi. O, həqiqətən elektrik enerjisinin gələcəyinə nail ola biləcək yeganə adam olduğunu düşünürdü. Başqası ilə əməkdaşlıq etmək və işləməkdə maraqlı deyildi."

Zamanla o, mikrob fobiyası olan qəribə bir adam kimi məşhurlaşdı, onun üçün "başqa planetlərlə ünsiyyət" kimi fərziyyələr ortaya çıxdı və bu səbəbdən tənqid olundu.

Tesla 1943-cü ildə həyatının son 10 ilini keçirdiyi Nyu Yorkdakı otel otağında vəfat etdi.

1956-cı ildə maqnit sahələrinin gücünü ölçmək üçün istifadə edilən vahid Tesla adlanırdı.

Teslanın şəkli Serbiya və Xorvatiyada sikkələrdə çap olunub;  Onun adı məktəblərə, küçələrə və hava limanlarına verilib.

 İnnovativ avtomobillər istehsal etməyə başlayan Tesla şirkəti onun adını daşıyır və 2018-ci ildə SpaceX Marsa Tesla roverini göndərir.

Mənbə: BBC
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et