19-cu əsrdə fotoqrafiya ixtira edildikdən sonra insanların real həyatı lentə almağa və göstərməyə olan marağı tezliklə hərəkətli görüntü adlanan kino sənətinin yaranmasına səbəb olub. İlk dövrlərdə hərəkətli görüntülər insanlarda böyük marağa səbəb olub. Lakin zaman keçdikcə bu hərəkətli görüntülər geniş təxəyyül və gözləntiləri yüksək olan tamaşaçılara darıxdırıcı və qeyri-adekvat görünməyə başlayıb. Bu, müxtəlif təsvirin emal üsulları vasitəsilə təsvirdə illüziyalar yaratmaqla maraq oyatmağa əsaslanan yeni texnikanın inkişafına səbəb olub. Kinoda uzun illərdir istifadə edilən bu texnika sayəsində xüsusi effektlər dizaynı adlı yeni bir sahənin yaranıb. Xüsusi effektlər 1980-ci illərdən sonrakı rəqəmsal dövrə qədər kino sənətində iz buraxıb.
Xüsusi effektlərin dizaynını başa düşmək üçün vizual effektlərin dizaynı konsepsiyasının əhatə dairəsi haqqında təsəvvürə malik olmaq lazımdır. Çünki bu iki termin bəzən bir-biri ilə qarışdırılır və bir-birini əvəz edir. Rəqəmsal eradan əvvəl, kompüterlərdə vizual effektlər istehsal olunarkən, çəkiliş mühitində istifadə edilən miniatürlərdən, bu məqsədlə hazırlanmış praktiki texnikalardan və müxtəlif optik illüziyalardan istifadə edilərək bir çox effektlər hazırlanıb. Bu dövrdə xüsusi effektlər və vizual effektlərin dizaynı anlayışları arasında fərq aydın olmayıb. Xüsusi effektlər miniatür elementləri və ya çəkilişin aparıldığı səhnədə kamera tərəfindən redaktə edilmiş effektləri qeyd etməklə əldə edilir. Vizual effektlər təsvirin rəqəmsal olaraq dəyişdirilməsi ilə yaradılır. Məsələn, çəkiliş meydançasında partlayış səhnəsi yaratmaq üçün partlayıcı və tez alışan materiallar haqqında biliklərə sahib olmaq lazımdır. Rəqəmsal vizual effektlər dizaynı ilə partlayış səhnəsi hazırlamaq üçün kompüter qrafikası üzrə mütəxəssis olmaq və real görüntü yaratmaq üçün bədii və texniki biliyə sahib olmaq tələb olunur. Bu gün xüsusi effektlərin dizaynı hələ də film və televiziya istehsallarında istifadə olunur.
1900-cü illərin əvvəllərinə qədər inkişaf etdirilən fotoşəkil texnikaları xüsusi və vizual effektlərin dizaynının inkişafına səbəb olub. Eadweard Muybridge'in fiqurların və canlıların hərəkətləri ilə bağlı araşdırmaları Fransız alimi Etien-Jules Marey tərəfindən hazırlanmış, saniyədə 12 kadr çəkə bilən tüfəng şəkilli kamera aşkar edilmişdir. Bu gün foto kağızı kimi tanıdığımız sellüloid film şeridi Kodak şirkətini quran George Eastman tərəfindən icad edilib. Tomas Edison və Uilyam Dikson tərəfindən hazırlanmış fonoqraf (səs yazan cihaz) və kinetoqraf (hərəkətli təsvirləri kino kağızına yazan kamera) Lümyer qardaşları tərəfindən icad edilən kinematoqraf (hərəkətli təsvirləri yaza və ekrana proyeksiya edə bilən cihaz) və 1895-ci ildə istehsal olunan ilk qeydə alınmış hərəkətli görüntü, Liondakı Lümyer fabrikindən çıxış kinonun inkişafına səbəb olan mühüm mərhələlər idi.
İlk xüsusi effektlər dizaynı 1895-ci ildə Alfred Klarkın rejissoru olduğu və Edison Laboratoriyasında istehsal olunan "Şotland kraliçası Məryəmin edamı" qısametrajlı filmində istifadə edilib. Bu filmdəki xüsusi effekt kameranı eyni çərçivəyə bərkitməklə və son təsviri yaratmaq üçün bir təsvirdən digərinə kəsilməklə əldə edilib. Fransız illüzionist və kino dizayneri George Melies xüsusi effektlər dizaynının qabaqcıllarından hesab olunur. Melies atasının ayaqqabı istehsal edən emalatxanasını komplektə çevirib. O, filmlərində istifadə etdiyi bir çox xüsusi effekt dizaynlarını təsadüfən icad edib. 1904-cü ildə “İmkansız səyahət” və 1906-cı ildə “İfritə” filmlərini də çəkən Melies elmi fantastika və fantastik filmləri ilk dəfə tamaşaçılara təqdim edən rejissor hesab edilir.
Mənbə: BilimGenç
Tərcümə etdi: Fidan Şahbazlı
