Müasir dövrdə zəngli saatlar və həyəcan siqnalları səhərlər tez oyanmağımızı xeyli asanlaşdırır. Bəs zəngli saatlar hələ icad edilməzdən öncə insanlar səhər tezdən necə vaxtında oyana bilirdilər?

Tarix boyu müxtəlif mədəniyyətlər hər gün müəyyən edilmiş bir zamanda oyanmaq üçün müxtəlif yaradıcı üsullara əl atıblar.
Təbii işıq və Günəş saatları
Qədim zamanlarda günəşin doğuşu və batışı insanların gündəlik həyatında mühüm rol oynayırdı. Adətən insanlar günəş doğanda oyanır, batanda isə yatırdılar. Vaxtı ölçmək üçün istifadə olunan günəş saatları, tarlalarda və fermalarda işləyən insanlara işlərini düzgün planlaşdırmağa kömək edirdi
Bioloji saat və vərdişlər
İnsan bədəninin bioloji saatı nizamlı həyat tərzi və sabit yuxu rejimi ilə zamanla daha yaxşı işləyə bilər. Qədim dövrlərdə insanlar adətən nizamlı yuxu rejiminə malik olduqları üçün bədənləri müəyyən vaxtda oyanmağa uyğunlaşmışdı. Bu bioloji saat, hətta zəngli saat olmadan da işçilərin vaxtında oyanmasına şərait yaradırdı.
Xoruzlar və digər heyvanlar vasitəsilə
Kənd yerlərində xoruzlar səhər tezdən banlayaraq insanlara nə vaxt oyanacaqlarını bildirirdilər. Xoruzlar günəşin doğmasına yaxın banlayaraq fermerlərin vaxtında işə getməsinə kömək ediblər. Eynilə, digər təsərrüfat heyvanları da səhər tezdən oyanaraq fermerlərə ayağa qalxmaları üçün işarə veriblər.
Toxmaqlı (çəkicli) rəhbərlər
Sənaye İnqilabı zamanı xüsusilə İngiltərədə “noker” deyilən insanlar meydana çıxıb. Bu adamlar işçilərini səhər tezdən bir ödəniş qarşılığında oyandırardılar. İşçiləri oyatmaq üçün uzun çubuqlar və ya daşlarla pəncərələri döyürdülər ki, işə vaxtında çatsınlar. Bu üsul işçilərə zəngli saat olmadan müntəzəm olaraq oyanmağa imkan verirdi.
Su saatları və şam saatları
Bəzi qədim cəmiyyətlər suyun və ya şamların müəyyən bir müddətdən sonra tükənəcəyinə əsaslanaraq, su saatı və şam saatı kimi cihazlar hazırlayıblar. Bu cihazlar müəyyən bir zaman müddətini ölçmək üçün istifadə edilib və insanlara yuxu müddətini tənzimləməyə kömək edib. Məsələn, şam tamamilə yandıqda, bu müəyyən bir müddətin keçdiyini göstərə bilər.
Zəngli saatlar və həyəcan siqnalları istifadə edilməzdən əvvəl, insanlar vaxtında oyanmaq üçün müxtəlif yaradıcı və təsirli üsullardan istifadə edirdilər. Təbii işıq, bioloji saatlar, heyvanlar, oyanma saatları, su saatları və dini çağırışlar zəngli saatlar qədər təsirli olub və insanlara gündəlik həyatlarını təşkil etməkdə kömək edirdi. Müasir texnologiyanın təmin etdiyi rahatlıqdan əlavə, bu yaradıcı üsullar da bəşəriyyətin tarix boyunca nə qədər yenilikçi olduğunu göstərir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
