Bu gün:

Omnivert nədir?


Omnivert şəxs, həm ekstroversiya (açıq, ünsiyyətcil) həm də introversiya (qapalı, sakit) xüsusiyyətlərini sərgiləyən bir insandır. Myers-Briggs Tip Göstəricisi (MBTI) əsasında, omnivertlər şəraitə uyğun olaraq bu iki xarakterin hər birini tam gücü ilə yaşaya bilirlər.

1. Ekstremal Dəyişikliklər:

Omnivertlər şəraitə görə bir xarakterdən digərinə sürətlə keçid edə bilirlər. Bəzən çox sosial, bəzən isə olduqca təcrid olunmuş ola bilərlər. Bu dəyişiklik ətrafdakı insanlar üçün qeyri-sabit və anlaşılmaz görünə bilər.

2. Müxtəlif şəxsiyyətlərin göstərilməsi:

Omnivertlər fərqli insanlara və vəziyyətlərə uyğun davranaraq, bəzən ekstrovert, bəzən isə introvert xüsusiyyətlər göstərə bilirlər. Məsələn, introvert bir qrupda liderlik edərək sosiallaşa bilərlər, amma ekstrovert bir mühitdə təkliyə ehtiyac duya bilərlər.


3. Hisslərin və ruh halının dəyişkənliyi:

Omnivertlərdə ruh halı tez-tez dəyişir. Onların hərəkətlərini əvvəlcədən proqnozlaşdırmaq çətin ola bilər. Bu isə onların özlərini də başa düşməsini çətinləşdirir.


4. Tənhalığın əhəmiyyəti:

Ekstrovert davranışlarına baxmayaraq, omnivertlər sakit vaxt keçirməyə və özlərini toparlamağa ehtiyac duyurlar.


5. MBTI testlərində fərqliliklər:

Omnivertlərdə şəxsiyyət testlərinin nəticələri zamanla dəyişə bilər. Bir gün introvert, digər gün isə ekstrovert nəticə göstərə bilərlər.

Omnivert və ambivertin fərqləri:

Bənzərliklər: Hər iki şəxsiyyət tipi həm introvert, həm də ekstrovert xüsusiyyətlərə malikdir. Onlar şəraitə uyğunlaşmaqda yaxşıdırlar.

Fərqlər: Ambivertlər orta mövqedə rahatdırlar, omnivertlər isə şəraitə görə bir uc nöqtədən digərinə keçid edirlər.

Omnivertlər həm sosial mühitdə, həm də sakitlikdə özlərini tapmağı bacaran adaptiv insanlardır. Onların dəyişkən təbiəti, dinamik şəraitlərdə üstünlük təmin edə bilər.

Mənbə:simply psychology 

Tərcümə edən :Fatimə Cabbarlı 


Paylaş
Şərh əlavə et