Bu gün:

Yuxu təfsirini anlamaq


Yuxu təfsiri illərdir maraq doğuran bir mövzudur. Yuxuların dərin mənasını anlamaq hisslərimizi və düşüncələrimizi başa düşməyə kömək edir.

Yuxu təfsirini anlamaq

Məşhur psixoanalitik Ziqmund Freyd yuxuları şüuraltına gedən “kral yolu” kimi təsvir edib. O hesab edirdi ki, yuxuları aydınlaşdırmaqla nevroza səbəb olan gizli və şüuraltı arzuları üzə çıxarmaq olar.

Yuxu simvollarını təhlil etmək və onlara mənalar yükləmək həm əyləncə, həm də özünü kəşf etmək üçün bir vasitəyə çevrilib. Bəs yuxular həqiqətən bir şey ifadə edirmi? Yoxsa, yuxular şüuraltı arzular və istəkləri axtarış üçün bir vasitə ola bilərmi?

Yuxuların nə ifadə etdiyini və onların əsl hissləri əks etdirib-etdirmədiyini müxtəlif amillər müəyyən edir. Müasir yuxu nəzəriyyələrindən bəziləri yuxuların daha çox bioloji səbəblərə əsaslandığını və ya yuxu mövqeyinizlə bağlı ola biləcəyini irəli sürür. Bununla belə, yuxu təfsirçiləri və analitiklər ümumi yuxu mövzularını və simvollarını izah etməyə çalışmaqdan əl çəkməyiblər.

Ən çox yayılan yuxular və onların mənaları

Düşmək haqqında yuxular: Çox vaxt həyatda hansısa bir şeyin yaxşı getmədiyinə işarə edir.

Qovulmaq: Həyatda görməkdən qaçdığınız problemlərə işarə edə bilər. 

Dişlərin tökülməsi: Görünüş və ya ünsiyyət qabiliyyəti ilə bağlı narahatlığı ifadə edir.

Ölüm haqqında yuxular: Dəyişikliklərdən və ya bilinməyənlərdən qorxunu göstərə bilər.

Uçmaq: Azadlıq hissini və ya reallıqdan qaçmaq istəyini simvollaşdıra bilər 

Unutmayın, yuxular şəxsidir və hər kəs üçün mənaları fərqli ola bilər.

Mənbə: verywellmind

Tərcümə etdi: Nigar Muştaqova 

Paylaş
Şərh əlavə et