
Maria Küri 1-ci Dünya Müharibəsi zamanı elmi bacarıqlarını cəbhə xəttinə daşıyaraq müharibə yaralılarının müalicəsində mühüm rol oynayıb. Müharibənin başlanğıcında Paris Alman işğalı təhdidi altına düşüb və Küri Fransız hökumətinin "Bordeaux"a köçməsinə baxmayaraq, Parisə geri dönərək müharibəyə dəstək vermək qərarına gəlib. İlk olaraq, dövlətdən aldığı dəstəklə müharibə qiymət kağızları alıb və iki Nobel mükafatını hədiyyə etmək istəyib, lakin bu təklif qəbul edilməyib.
Küri elmi sahədəki təcrübəsini müharibə şəraitində istifadə etmək istəyərək rentgen cihazları hazırlamağa başlayıb O dövrün cərrahları üçün rentgen şüaları müalicə prosesində böyük bir asanlıq təmin etsə də, bu cihazlar yalnız böyük xəstəxanalarda mövcud idi. Curie bu texnologiyanı cəbhə xəttinə daşımaq üçün mobil rentgen cihazları hazırlamağa qərar verib.
İlk olaraq, İspan ixtiraçısı Mónico Sánchez Morenonun hazırladığı daşınabilən rentgen cihazları ilə təchiz edilmiş bir mobil cihaz hazırlayıb. Bu cihazın mühərrikinə bir dinamo əlavə edərək lazım olan elektrik enerjisini təmin edib. 1914-cü ildə bu ilk mobil cihaz Marne döyüşünə göndərilib. Zamanla dostlarının maliyyə dəstəyi ilə Küri, ümumilikdə, 20 mobil cihaz hazırlayıb və eyni zamanda, 200 rentgen mərkəzi qurub.
Küri qızı Irene Kürinin köməyi ilə 150 qadını mobil rentgen cihazlarını istifadə etməyi öyrədib. Bu cihazlar və mərkəzlər sayəsində 1 milyondan çox yaralı əsgərin həyatını xilas edilib. “Petites Curies" adını verdiyi bu mobil rentgen qurğuları, döyüş meydanında elmin işığını cəbhəyə daşıyan böyük bir fədakarlıq nümunəsi oldub və Kürunin elmin sərhədsiz gücünü bir daha nümayiş etdirdiyini göstərib.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
