Bu gün:

Sevgi illüziyadırmı?


Sevginin həqiqətən mövcud olub-olmadığını sual edənlər tək deyillər. Filosoflar, bioloqlar və psixoloqlar uzun müddətdir ki, bu məsələni müzakirə edirlər. Bu sual xüsusilə xəyanətə, itkiyə və ya pis təcrübələrə görə ortaya çıxa bilər.

Sevgi bioloji olaraq nəsil artımını və insanın sağ qalmasını təmin etmək üçün nəzərdə tutulmuş mexanizm ola bilər.

Sevgi beyində dopamin sistemi vasitəsilə narkotik asılılığına bənzər təsir yaradır. Bu səbəbdən, birini itirəndə "asılılıqdan çıxma" hissi yaşaya bilərik.

Helen Fisher kimi tədqiqatçılar sevginin əsasən neyrokimyəvi proses olduğunu vurğulayırlar.

Əks arqument: Sevgi yalnız bioloji instinktlərdən ibarət deyil. O, emosional, psixoloji və ruhani dərinliklərə malikdir. Sevgi insanların mənəvi böyüməsi və həyat mənası üçün vacibdir.

Sosial və mədəni baxış

Cəmiyyət sevgi anlayışını müəyyən dərəcədə təsir edir. Mükəmməl sevgi və ya "ruh əkizi" kimi anlayışlar sevginin real mahiyyətini təhrif edə bilər.

Bu mədəni təsirlər sevginin illüziya olduğu təsəvvürünü yarada bilər.

Əks arqument: Sevgi, cəmiyyətin təsirindən asılı olmayaraq, bütün mədəniyyətlərdə mövcuddur və insan təcrübəsinin əsas hissəsidir. Sevgi təkcə romantik münasibətlərdə deyil, ailə, dostlar və digər əlaqələrdə də özünü göstərir.

Koqnitiv yanaşma

Sevgi, bəzi hallarda tərəfdaşımızı ideallaşdırdığımız üçün bir illüziya kimi görünə bilər.

Münasibətlərin ilk dövrlərində insanlar bir-birinin müsbət tərəflərinə fokuslanır və qüsurları görməzlikdən gəlirlər. Bu ideal təsvir yox olduqda, sevginin bir hissəsi illüziya kimi görünə bilər.

Sevgi haqqında düşüncələrinizi dəyişmək üçün tövsiyələr

1. Hisslərinizi qəbul edin: Keçmişdəki ağrılı təcrübələrə baxın və özünüzü qınamadan bu hissləri qəbul edin. Özünüzə qarşı mehriban olun.

2. Reallığa uyğun inanc yaradın: Sevginin mükəmməl və ya asan olmasını gözləməyin. Sevgi zamanla dəyişir və əmək tələb edir.

3. "Yeganə birini" tapmaq fikrindən əl çəkin: Müxtəlif növ sevgi münasibətləri həyatınızı zənginləşdirə bilər.

4. Sevgini öz standartlarınızla təyin edin: Cəmiyyətin gözləntilərindən asılı olmayaraq, sevgi anlayışınızı formalaşdırın və müxtəlif əlaqələrdə sevginin mövcudluğunu dəyərləndirin.

Sevgi çoxşaxəli və müxtəlif ifadələrə malikdir. Onu anlayaraq, həm özünüzə, həm də başqalarına qarşı sevgi dolu yanaşma göstərmək həyatınıza dərin mənalar qata bilər.


Mənbə:Simplypsychology 
Tərcümə edən: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et