
"İncəsənətin inciləri" rubrikası Maqritin "Üfüqün sirləri" əsərini təqdim edir.
Alatoranlıqda açıq sahədə üç adam görünür. Onlar bir-birinə yaxın dayanıb, kostyum geyinib, dar qıvrımlı melon şapka taxıblar. Adamların başlarının üzərində sola dönük hilal şəklində aylar var. Pastel tonlarında təsvir edilmiş bu rəsmdə mavi rəng üstünlük təşkil edir. Adamlar sanki incə bir tül arxasından görünür.
Göyün maviliyi qaralan tünd mavi rəngdən aşağıya enildikcə üfüq xəttində bir işıq peyda olur. Uzaqda bu işığın altında sağ tərəfdən sola doğru uzanan sıx, uzun ağaclar görünür. Ortadakı və soldakı adamlar arasında qalan boşluq boyunca ağaclar boyunca fərqli boylarda üçbucaq damlı binaların qara silueti görünür.
Adamlar, ağaclar və binalar arasında otlarla örtülü, enişli-yoxuşlu qəhvərəngi bir düzlük uzanır. Daha çox sağ alt küncdə və soldakı adamla ortadakı adam arasında müxtəlif ölçüdə tək-tək daşlar diqqəti cəlb edir.
Ön planda beldən yuxarı hissələri görünən adamların hamısı qara rəngdə şapka və pencək geyinib. Onların saç rəngi, saç düzümü, dəri rəngi və qulaq quruluşları bir-birinə çox bənzəyir. Hər üçü də sanki hazır dayanıb.
Sağ profildən düz dayanıb önə baxan adam digərlərinə nisbətən daha çox detallı təsvir edilib. İşıq onun üzünə düşüb. Uzun, incə qaşı, tünd rəngli gözü, iri burnu və kəskin qıvrımlı dodaqları var. Ağzı bağlı, ciddi ifadə ilə baxır. Üzündə təraş olunan geniş bir xətt var, çənəsi bir qədər irəli çıxıb. Kölgəli çənəsinin altında boynu görünmədən pencəyin yaxası başlayır. Tünd rəngdə düz saçları başının ön tərəfini örtüb, geniş üst qismi olan qulağının arxasında qısa və kəskin şəkildə kəsilib. Şapka başında elə yerləşdirilib ki, ucu parlayan hilala toxunacaqmış kimi görünür.
Ortadakı adam sağdakı adamın arxasında, sanki bir-birinə söykənmiş kimi dayanıb. Bir qədər sola dönən vəziyyətdə dayanıb və daha uzaqda, həm də daha alçaq görünür. İşıq onun açıq rəngdə düz saçlarının ensəsinə və pencəyinin yaxasına düşür. Uzun sol qulağı və çox az görünən üzü kölgədədir. Sol gözü nazik bir xətt, burnunun bir hissəsi isə düzdür. Bağlı dodaqlarının sol kənarı və çənəsi bu vəziyyətdə kiçik kimi görünür. Çənəsi ilə pencəyin yaxası arasında boynunun az bir hissəsi görünür. Onun başındakı hilal sağdakı ilə eyni boyda olsa da, şapkasından bir qədər yuxarıda yerləşib və daha uzaq təsir bağışlayır.
Sol tərəfdəki adam ortadakı ilə bir az məsafə saxlayaraq arxası dönük dayanıb. Sağ qulağının üst hissəsinə və boynunun kiçik bir hissəsinə işıq düşür. Şapkasının altında, boynunun üstündəki açıq rəngdə düz saçları ilə pencək yaxası arasında qalan boynunun çox az bir hissəsi görünür. Aşağıya doğru dar çiyinlərinin sol tərəfi işıqda, sağ tərəfi isə kölgədədir. Onun solunda arxa plandakı mənzərə bitir. Üstündəki hilal digərlərindən bir az geniş və iri görünüb parlayır.
Hazırladı: Talehə Hüseynzadə
