Bu gün:

"Sesil B.DeMile" mükafatı alan ilk qara dərili qadın


Opra Geyl Vinfri  29 yanvar 1954-cü ildə Missisipi ştatında, Kosciuskonun kiçik şəhərində anadan olub. Vinfrinin erkən illəri çətinliklərlə dolu olub, çünki o, bir neçə kişi yaxın qohumu və anası Vernita Lee-nin dostları tərəfindən cinsi zorakılığa məruz qalıb. Bu çətin dövrdən sonra o, Nəşvilə köçərək, saç ustası və iş adamı olan atası Vernon Vinfri ilə yaşamaya başlayıb, burada daha sabit bir mühit tapıb.


Vinfri Nəşvil orta məktəbinə gedib və burada 1972-ci ildə "Nəşvilin qara gözəli" gözəllik yarışmasını qazanaraq diqqət çəkib. Bu uğur ona "Tennessi ştatının qara gözəli" adını qazandırıb və "Amerikanın qara gözəli"  yarışmasında iştirak etməsinə imkan verib.


1971-ci ildə Vinfri Tennessi Dövlət Universitetinə daxil olub və burada danışıq kommunikasiya və səhnə sənətləri üzrə ixtisaslaşmışdır. Təhsilini davam etdirərkən, Nəşvildə radio və televiziya yayımında işləməyə başlayıb. Uğurlarına baxmayaraq, Vinfri 1975-ci ildə universiteti tərk edib, ancaq bir fənn üzrə kredit çatmadığı halda 1986-cı ildə Tennessi Dövlət Universitetinin məzunu olub.


Opra Vinfri, həmçinin "Emmy"  mükafatı qazanan bir televiziya aparıcısı, media icraçısı, akademiya mükafatının nominasiya edilmiş aktrisa və xeyriyyəçidir. O, ən çox "Opra Vinfri şousu" adlı çox məşhur proqramın aparıcısı kimi tanınır, bu proqram 1986-cı ildən 2011-ci ilə qədər 25 mövsüm boyunca yayımlandı. Proqramın uğuru 2003-cü ildə onu dünyada ilk Qara Dəri qadın milyarderi edib. Vinfrinin media imperiyası-Opra Vinfri şəbəkəsi adlı televiziya kanalı və həyat tərzi jurnalı markasını da daxil olmaqla genişlənib. 1994-cü ildə Televiziya Akademiyasının Şöhrət zalına daxil edilib və 2018-ci ildə ən yaxşı əyləncə sahəsindəki töhfələrinə görə "Sesil B. DeMile" mükafatı alan ilk qara dərili qadın olub.


Mənbə: Academy of Achievement


Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et