Gizanın böyük Sfinksi Misirin Giza şəhərində yerləşən, çox güman ki, Kral Xafrenin hakimiyyətinə aid olan və onun üzünü təsvir edən nəhəng əhəngdaşı heykəlidir. Bu, Misirin ən məşhur görməli yerlərindən biridir və sfinks sənətinin ən məşhur nümunəsidir.
Böyük Sfinks təxminən 240 fut (73 metr) uzunluğunda və 66 fut (20 metr) hündürlüyündə dünyanın ən böyük heykəlləri arasındadır. Burada aslan bədəni və kral baş geyimi ilə bəzədilmiş insan başı var.
Əksər alimlər böyük Sfinksi 4-cü sülalə ilə əlaqələndiriblər.
Bununla belə, bəziləri hesab edib ki, o, Xafrenin böyük qardaşı Redjedef (Djedefre) tərəfindən Gizadakı piramidası "Böyük Piramida" kimi tanınan ataları Xufunun xatirəsini yad etmək üçün tikilib. Bu nəzəriyyəçilər Sfinksin üzünün Xafredən çox Xufuya bənzədiyini iddia ediblər və bu müşahidə həm də heykəli Xufunun özünün tikdiyi barədə fərziyyələrə səbəb olub.
Böyük Sfinksin burnu niyə yoxdur?
Zamanla böyük Sfinks ciddi aşınmaya məruz qalıb. Onun bədəni daha çox zərər görsə də, üzündə daha ciddi zərərlər var və burnu xüsusilə itkin düşüb. Bəzi fikirlərə görə, burun Napoleonun əsgərləri tərəfindən top atəşi ilə məhv edilib. Lakin Napoleon dövründən əvvəl çəkilən illüstrasiyalar göstərib ki, sfinks əvvəldən burunsuz idi. Digər bir nəzəriyyəyə görə, XIII əsrdə Sufi Məhəmməd Saim əl-Dahr bütpərəstliyə etiraz olaraq heykəli zədələyib.
Mənbə: Britannica
Tərcümə etdi: Sona Osmanova
