Bu gün:

Epileptoid insan tipi


Bu adın özü epilepsiya xəstəliyi ilə əlaqələndirilir, çünki hər iki halda özünü aydın şəkildə göstərən özünəməxsus şəxsiyyət xüsusiyyətləri var.

Bu tip xarakterin birinci, əsas əlaməti düzlük və düşüncənin əyilməzliyidir. Epileptoid özünün haqlı olduğuna əmindir və heç bir şey onu öz nöqteyi-nəzərindən döndürə bilməz.

İkinci keyfiyyət disforiyaya meyldir, disforiya-qıcıqlanmanı tədricən toplayan həzin əhval-ruhiyyədir və gec-tez hər şey pozulma, qəzəb, aqressiya, qıcıqlanma şəklində ortaya çıxa bilir.

Növbəti keyfiyyət yubanmadır. Epileptoidin öz işləri haqqında düşünmək, hərəkət etmək üçün, qərar vermək üçün vaxta ehtiyacı var, o, çox vaxt  uzun müddət düşünür və onun düşüncəsinə və münasibətinə zidd olan yeni fikirləri, yeni məlumatları qəbul etməyə tam hazır olmur.

Xarici olaraq, epileptoid bir döyüşçü, idmançı, geniş çiyinli, hündür, güclü obrazını əks etdirir. Təbii ki, belə bir tiplə  mübahisəyə girmək çətindir,çünki həmişə haqlı olduğuna əmindir.

Epileptoidin başqa bir keyfiyyəti güclü pedantizmdir, o, hər şeyin qaydasında olmasına öyrəşib və insan bu nizamdan kənara çıxa bilməz, lakin kimsə nizam-intizam qaydasından yayınmağa başlayırsa, bu, onların şiddətli qəzəbinə səbəb olur.

Epileptoid heç vaxt başqasının haqlı olduğunu etiraf etməz, onun üçün bu, zəiflik əlaməti, özünə hörmətinə zərbədir və o, sona qədər mübahisə edəcək və ya təcavüz göstərəcəkdir.

Eyni zamanda, epileptoid yeni bir şeyə şübhə ilə yanaşır, onu bir şəkildə dəyişməyə məcbur etmək çətindir, o, çox sərtdir və həmişə öz adaptasiya yollarından istifadə edir. Bu yollar ona cəmiyyətə uğurla uyğunlaşmağa imkan verir və qəzəb partlayışları o, stress altında olmadığı təqdirdə tez-tez baş vermir.

Həmçinin, münasibətlərdə epileptoidlər güclü qısqanclıqla xarakterizə olunur, hər bir şeyə, sözün həqiqi mənasında qısqanc ola bilərlər, flört etməyə və ya mümkün xəyanətə dair hər hansı işarələrə icazə vermirlər, buna görə də epileptoidlərlə münasibətlərdə  çətindir, həmişə bilməlisiniz ki, müəyyən aqressiya riski var, lakin epileptoidlərlə münasibətin də öz üstünlükləri var.

Epileptoidlər çox məsuliyyətlidirlər, münasibətlərinə, ailələrinə dəyər verirlər, özlərinə qarşı tələbkardırlar, prinsiplərindən kənara çıxmırlar, ailələrini və münasibətlərini qorumaq üçün hər şeyi edirlər.

 Ünsiyyət qurarkən, epileptoidlərin adətən yumor hissi olmadığını bilməlisiniz, buna görə də hər hansı bir zarafat onları asanlıqla incidə və qəzəbləndirə bilər. Onlarla ünsiyyət qurarkən siz mübahisə edə və ya haqlı olduğunuzu sübut edə bilməzsiniz, çünki mənfi reaksiya ala bilərsiniz.

Buna görə də epileptoidlər tez-tez psixoloji yardıma ehtiyac duyurlar.


Mənbə: b17
Tərcümə etdi:Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et