Gülmək kimi ağlamaq da dəqiqədə təxminən 1,3 kalori yandırır. Ümumi bir inanca görə, insan nə qədər dərindən və emosional şəkildə ağlayarsa, bir o qədər çox kalori yandırar. Bu, xüsusilə, güclü ağlama zamanı edilən müəyyən hərəkətlərlə bağlıdır.
Home Remedies Pro-a görə, həddindən artıq emosional şəkildə ağladıqda bədənin sallanma, titrəmə və silkələnmə hərəkətləri qarın əzələlərinə yaxşı bir məşq təsiri göstərə bilər (hətta ertəsi gün bədən ağrısına səbəb olacaq qədər). Lakin bədən bu hərəkətlər zamanı düşündüyünüz qədər enerji sərf etmir. Həddindən artıq emosianal şəkildə ağladıqda yandırıla bilən maksimum kalori miqdarı dəqiqədə təxminən 3,7 kaloridir.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
