Bu gün:

Ağ bayraq necə təslim olma simvoluna çevrildi?


Ağ bayraq təslim olma simvolu ola bilər, lakin bu, insanların tarix boyu ondan istifadə etdiyi yeganə yol deyildi.

Ən sadə şəkildə ağ bayraq "mənə hücum etmə" edir. Hərbi məmurlar fərqli səbəblərdən rəqibləri ilə təmas qurarkən özlərini qorumaq üçün ağ bayraqlardan istifadə ediblər. Bundan əlavə, mülki şəxslər də döyüşçü olmadıqlarını və dinc niyyətlərinin olduğunu bildirmək üçün bayraqdan istifadə ediblər.

Barışıq və ya təslim olma simvolu kimi ağ bayrağın ilkin nümunələrini tapmaq çətindir. Roma tarixçisi Livi yazıb ki, İkinci Pun müharibəsi zamanı (e.ə. 218-201) Karfagenlilər sülh arzusunu “ağ yun lentləri və zeytun budaqları” ilə göstəriblər.

Daha sonra, Roma tarixçisi Tasitus eramızın 69-cu ilində Roma vətəndaş müharibəsi zamanı oxşar hadisəni danışıb və yazıb ki, döyüşən qruplaşmalardan biri “ağ lentlər və zeytun budaqları nümayiş etdirirdi”.

Bu nümunələr göstərir ki, qədim insanlar döyüşün dayandırılmasını xahiş etmək üçün ağ parçadan (başqa bir əlamətdar simvolla birlikdə) istifadə edirdilər, amma niyə? San Dieqodakı Kaliforniya Universitetinin tarix professoru Ed Uotts izah edib ki, o dövrdə Aralıq dənizi xalqı tanrılara ibadət etmək üçün ağ paltar geyinirdilər. Uotts deyib ki, müharibə zamanı bu belə bir ifadə ola bilərdi: “Biz özümüzü sizin mərhəmətinizə tapşırırıq və tanrıların himayəsini istəyirik”.

Hollandiyalı hüquqşünas Hugo Qrotius da müharibə və sülh qanunlarına dair 1625-ci ildə yazılmış nüfuzlu kitabında ağ bayraqdan bəhs edib. O yazıb ki, ağ bayraq mübahisə tələb etmək üsuludur - qarşı tərəflər arasında müzakirə.

Mənbə: History 
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et