Bu gün:

Psixologiyası sağlam olan uşaq böyütməyin sirri


Həyat davam etdikcə hər cür çətinliklərlə  üzləşirik. Məsələn, zəzələ, müharibə, xəstəlik, boşanma və ölümlər həyatımız boyu qarşılaşa biləcəyimiz əsas risklərdir. Bəs bu risklər bəzi insanlara heç təsir etmədiyi halda, niyə bəzi insanları daha ümidsiz və bədbəxt edir?

Mütəxəssis klinik psixoloq Müjde Yahşi mövzu ilə bağlı əhəmiyyətli məlumatlar verib.

"Əslində cavab çox sadədir. Psixoloji cəhətdən möhkəm olan insanlar həyatda qarşılaşdıqları çətinliklərə daha dözümlü olurlar. Beləliklə, biz bunu psixologiyada “Psixoloji dayanıqlıq” adlandırırıq".

Psixoloji cəhətdən sağlam olan uşaqları necə böyütmək olar?

"Bu işin sirri, əslində, uşağınıza çətinliklərlə mübarizə aparmağı öyrətməkdədir. Yəni övladınıza çox erkən yaşda verəcəyiniz tapşırıq və məsuliyyətlər onu həyatın çətinliklərinə hazırlayacaq və onu psixoloji cəhətdən möhkəm edəcək. Bununla belə, tapşırıqlarda uşağınızın yaşını və inkişafını da nəzərə almalısınız, çünki uşağınızın öhdəsindən gələ bilməyəcəyi həddən artıq məsuliyyətlə övladınıza sui-istifadə edə bilərsiniz.

Başqa bir məsələ də odur ki, siz uşağınızın çətinliklərin öhdəsindən gəlməyi öyrənməsini istəyərkən yanlış davranışlarınızla onun psixi sağlamlığına mənfi təsir göstərirsiniz.

Tam əksinə sizin düzgün valideyn münasibətiniz, ölçülmüş sevgi və diqqətiniz uşağınızda müsbət düşüncə tərzi və özgüvən yaradır. Bu sayədə uşaq həyatda hansı çətinliklərlə qarşılaşsa da, ətrafdakıları günahlandırmaz, özünü dəyərsiz hiss etməz, təslim olmadan və mənfi təsirlərə məruz qalmadan həyatdan möhkəm yapışmağa davam edər".


Mənbə: CNN 

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et