Bu gün:

“Sentral Park beşlisi”


1989-cu ilin aprelində ağdərili 28 yaşlı amerikalı Trişa Meili Sentral Parkda qaçışa çıxır. Həmin gecə onu təcavüzə uğrayan və şiddətli şəkildə döyülən halda tapdılar. Polislər ilk olaraq Trişanın sağ qaldığını belə dərk etmədilər. Qız komaya düşür, başından və daxili orqanlarından ağır xəsarətlər alır, amma möcüzəvi şəkildə sağ qalır. Ancaq sağaldıqdan sonra yaddaşını itirdiyinə görə amerikalı müstəntiqlərin bu işi həll etməsində çətinlik yaranır. 


Həmin axşam parkda bir qrup yeniyetmə (rəsmi məlumatlara görə təxminən 30 nəfər), əsasən afrikalı və latın amerikalılar vaxtlarını aqressiv şəkildə keçirib, yoldan keçənlərə, velosipedçilərə hücumlar edib, maşınlara daşlar atıblar. Təstiqlənməyən məlumatlara görə onlar hətta oğurluq belə ediblər. Daha sonra onlardan beşi 14-16 yaş arası yeniyetmələr "Sentral Parkda qaçış" işinə cəlb olunacaq və Trişa Meylini döyməkdə və təcavüz etməkdə ittiham olunacaqlar.


Yeniyetmələri valideynlərdən və nümayəndələrdən təcrid edən Nyu York polisi psixoloji basqılar, çətin sorğu-suallar və döyülmələrlə onların hər birini cinayət törətdiyini etiraf etməyə, üstəlik, qalan 4 nəfərin hər birini öz “hekayəsinə” daxil etməyə məcbur edib.


İş tamamilə bu "etiraflar" üzərində quruldu. Bütün digər sübutlar, sözün həqiqi mənasında, onların günahsızlığı haqqında qışqırırdı. Yeniyetmələr qorxudan heç bir şəkildə təstiq edilən sübutlarla uyğun gəlməyən məlumatlar deyirdi. Onları buna polislər məcbur edirdi. Yeniyetmələrin üzərində olan heç bir bioloji material qurbanın üzərindən tapılan materiallara uyğun gəlmirdi. Hadisə yerində tapılan bütün detallar sadəcə bir şeydən danışırdı - cinayəti bir nəfər törədib. Lakin prokuror Linda Fairstein və Elizabet Lederer bilərəkdən bu faktlara məhəl qoymayaraq, şübhəliləri (ən kiçiyinin 14, ən böyüyünün isə 16 yaşı var idi) "cəzalandırmaq" istəyiblər. 


İttiham olunan yeniyetmələri heç bir vəkil qoruya bilmədi. Münsiflər heyəti, demək olar ki heç bir faktdan asılı olmayaraq, onları günahkar bildi. 14-15 yaşlı yeniyetmələr Kevin Richardson, Antron McCray, Yusef Salaam və Raymond Santana (yetkinlik yaşına çatmayanlar üçün həbsxanada) 7 il həbs cəzası alaraq 1996-cı ildə azadlığa çıxdılar. Onların ən böyüyü Corey isə 16 yaşında olduğu üçün böyüklər həbsxanasında 13 il həbs cəzası çəkərək 2002-ci ildə azadlığa qovuşdu. Elə həmin il əsl cinayətkar Matias Reyes öz günahını etiraf etdi.

Corey Wise həbsxadana keçirdiyi 13 il ərzində yalnız fiziki zorakılığa deyil, həm də amansız işgəncələrə məruz qalıb. 1989-cu ildə hadisədən sonra Corey rəsmi olaraq polis bölməsinə belə çağırılmayıb. Onu dostu Yusef Salaamı dəstəkləməsi üçün bir neçə saatlıq polis bölməsinə çağırdılar. Bir neçə saat Coreyi 13 ilindən məhrum etdi. 


Yalnlız 13 il sonra 4 “günahkar”ın azadlığa çıxdığından, Coreyin isə hələ də cəzasının bitməsini gözlədiyi vaxt, əsl cinayətkar Matias Reyes qəfildən Sentral Parkda bu hadisənin özünün tək başına törətdiyini etiraf etdi. Reyes cinayətin bütün təfərrüatlarını ətraflı təsvir etdi. Onun ifadəsi sonradan DNT analizi ilə də təsdiqlənib.


2014-cü ildə məhkəmə boşuna həbs yatanlara rekord məbləğdə - 41 milyon dollar təzminat təyin edib. Ən böyük məbləğ (12 milyon dollar) Coreyə verilir. Corey 5 nəfərin arasında hələ də Nyu Yorkda qalan yeganə şəxsdir. O, hətta saxta ittiham olunanlara kömək etmək üçün öz fondunu da açıb. Qalan dördü isə ailə quraraq (Yusuf Salaamın 10 uşağı var) başqa ştatlara köçdülər. Onlardan üçü Corcinyada, digəri isə Nyu Cersidə yaşayır.


Mənbə: Pikabu


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et