
İnternetdən əvvəlki dövrlərdə insanlar bir-birinin üzünə pis sözlər dedikləri zaman cavab olaraq qarşı tərəfi duelə çağırırdı: qılıncla, tapança ilə və ya məsələn, kolbasa ilə! Bu gün bu bizə gülməli görünə bilər, amma duelçilər gülmürdülər, çünki kolbasa digər silahlardan az təhlükəli deyildi...
1. Kolbasayla duel
Rəvayətə görə, 19-cu əsrdə general Bismark Rudolf Vixrov adlı alimi duelə çağırıb. Generaldan fərqli olaraq, Vixrov heç bir silah növünə malik deyildi, ona görə də duel üçün silah kimi iki kolbasa seçib, onlardan biri isə zəhərlənməli idi.
Plana görə, Bismark kolbasa seçib yeməli, qalanını isə Vixrov almalı idi. Ancaq duelin şərtlərini eşidən Bismark belə bir absurd rəqabətdən imtina edib.
2. Hava şarında duel
Daha bir qeyri-adi duel 1808-ci ildə Fransada baş verib. Mübahisəçilər hava şarlarından 600 metrdən çox hündürlüyə qalxaraq atəş açmağa qərar veriblər.
Rəqiblərdən biri rəqibinə atəş açaraq ona yox,hava şarına dəyib. Nəticədə həm duelist, həm də hava şarına nəzarət edən pilot yıxılaraq dünyasını dəyişib...
3. Köpək balığıyla duel
Ən dəhşətli duellərdən biri Afrikada baş verib. Gənclər bir qız üstündə mübahisə edərək bir-birlərinə meydan oxuyublar. Lakin onlar silah götürməyib, sadəcə olaraq, sahildən beş kilometr uzaqlaşaraq, qayıqdan köpək balıqları ilə dolu olan suya tullanıblar.
Sekundantlar onları sağ çıxara bilib. Köpək balıqları isə onları yeyə bilməyib.
4. Ən uzun duel
Fransua Lui Fournier-Sarlovez və Pierre Dupont. 20 il ərzində kişilər bir-birinə 17 dəfə duelə çağırıblar!
Müharibəyə görə uzun müddət ayrılmaq riski ilə duelistlər bir-birlərindən otuz liqa (təxminən 145 km) məsafədə olduqları zaman görüşməyə və döyüşməyə razı olduqları yazılı müqavilə bağlayıblar. Belə bir hal zamanı hər biri ortada görüşmək üçün məsafənin yarısını qət etməli idilər.
Bir gün Dupont Paris ətrafında, Neuilly yaxınlığındakı bir meşədə tapança ilə son döyüşünü qazanıb. O, Fournieri vura bilərdi, amma bunun əvəzinə sonsuz döyüşləri bitirməyi xahiş edib.
Mənbə: art_tobe
Tərcümə etdi: Fatimə Umarbəy
