Bu gün:

Dünyanın ilk teatrı harada açılıb?


Dünyanın ən yaddaqalan məkanının qədim Yunanıstanda açıldığı hesab edilir. Xüsusi ərazi dəqiq bilinməsə də, Yunanıstanın paytaxtı Afinada başladığı ümumi qəbul edilir. Teatr Yunan mədəniyyətinin mühüm hissəsi olub və ilahi varlıqlara ehtiram göstərmək üçün ciddi bayramlar zamanı sərgilər keçirilib. Qədim Afinanın ən məşhur məkanı Akropolun cənub yamacında yerləşən Dionis Teatrı olub. Bu tamaşa mərkəzində Sofokl, Evripid və Esxil kimi məşhur dramaturqların köhnə üslublu yunan pyesləri səhnələşdirilib.

Varlı Yunan vətəndaşları koregiya adlı vergi ödəyərək oyunlara sponsorluq ediblər. Və öz populyarlığını artırmaq üçün "Dionisia şəhəri"ni quran tiran Pisistratus kimi, bu varlı himayədarların çoxu sponsorluq etdikləri tamaşanın uğurlu olmağının onlara siyasətdə yol açacağına ümid ediblər. İlk pyeslər V əsrin əvvəllərində Afinada Akropolun kölgəsində tikilmiş Dionis Teatrında tamaşaya qoyulub, lakin teatrlar o qədər məşhur olub ki, tezliklə bütün Yunanıstana yayılıb. İlk orkestr terrası təxminən eramızdan əvvəl dördüncü və beşinci əsrlərdə tikilib və burada Dionis şəhəri yerləşdirilib. Teatr eramızdan əvvəl IV əsrdə ən yüksək səviyyəyə çatıb.


Mənbə:Quora

Tərcümə etdi:Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et