
Arktika sinifli nüvə buzqıran gəmisi nəhəng buz örtüklərini necə parçalayır?
Buz üzərində hərəkət etməyin bir neçə üsulu var. Bu üsullardan biri "bankçılıq" adlanır. Bankçılıq, gəminin başqa bir buzqıran gəmi tərəfindən açılmış keçidi genişləndirməsi lazım olduqda və ya qarşısına üzən buz parçaları çıxdıqda istifadə olunur.
Bu məqsədlə gəmi xüsusi arxa "daban" hissələrindən və ya trim tanklarından istifadə edir. Güclü nasoslar vasitəsilə su bir çəndən digərinə köçürülür, nəticədə gəmi yan tərəfə əyilir. Bu proses, lazımi sallanma hərəkətini təmin edir.
Arktika sinfinə aid müasir buzqıran gəmisi üç metr qalınlığa qədər olan buzları sərbəst şəkildə kəsə və saatda 18-20 kilometr sürətlə hərəkət edə bilər.
Buzqıran gəmi eyni maili çənlərdən istifadə edərək beş metrdən üç metrə qədər qalınlıqdakı buzları qırır. Sadə dillə desək, buzqıran gəmi sadəcə olaraq buz təbəqələrinin üzərində hərəkət edir və böyük ağırlığına görə onlar parçalanır.
Buzqıranlar iki növdə olur: nüvə və dizel-elektrik. Buzqıran gəminin gücü təxminən 95.000 at gücünə çatır.
Mənbə: TechInsider
Tərcümə etdi: Səid Quliyev
