Dünya təbii möcüzələrlə yanaşı, insan həyatı üçün böyük təhlükələr yaradan yerlərə də sahibdir. Bu bölgələrdə bəzən sərt iqlim şərtləri, bəzən təbii fəlakətlər, bəzən isə insan fəaliyyəti ilə bağlı problemlər mövcuddur. Təbiətin qəddar üzü kimi tanınan bu məkanlar, həm qorxulu, həm də bir o qədər cəlbedici görsənişləri ilə diqqət çəkir. Səyahətçilərin bəzi yerlərə ayaq basmadan öncə iki dəfə düşünməsi lazım gəldiyi halda, bəzən bura getmək yalnız həyati riskləri qəbul etmək deməkdir. Həmin ərazilərə bu məqalədə birlikdə nəzər yetirəcəyik:
1. İlanlar adası, Braziliya
İlanlar adası Braziliyanın Sao Paulo sahillərində yerləşir. Bu ada dünyada səyahət və yaşamaq üçün ən təhlükəli yerlərdən biridir, çünki burada çox sayda ilan var. Bu ada, ölümcül Qızılı Lanşed gürzəsinin yaşadığı yeganə yerdir. Onun zəhəri o qədər güclüdür ki, insan dərisini əridə bilər və bu ilan haqqında düşünmək belə insana qorxu gətirir. Adadakı qaçınılmaz təhlükə səviyyəsinə görə Braziliya hökuməti bu əraziyə ziyarətləri qadağan edib.

2. Natron gölü, Tanzaniya
Tanzaniyanın Qreqori yarığında bir dağın ətəyində yerləşən Natron gölü dünyanın ən təhlükəli su hövzələrindən biri hesab olunur. Gölün suyu 60 °C kimi ölümcül istilik səviyyəsinə çata bilər. 9-dan 10.5-ə qədər dəyişən pH səviyyəsi ilə bu göl duz ilə həddindən artıq doymuş vəziyyətdədir. Onun sərt şərtləri ölü cəsədləri kalsifikasiya edə, heyvanların və insanların dərisini yandıra və çap materiallarından mürəkkəbi çıxara bilər. Natron Gölünün suları dəhşətli dərəcədə korroziyaya malikdir.

3. Skelet sahili, Nambiya
Dünyanın ən ölümcül və təhlükəli yerlərindən biri kimi tanınan Skelet sahili Namibiyanın Atlantik sahilləri boyunca yerləşir. Bu yaşayışa əlverişsiz ərazi, adını sahil boyu səpələnmiş balinaların və suitilərin skelet qalıqlarından alır. Yerli mühitin sərtliyi səbəbindən burada çox sayda gəmi qəzasına uğrayan dənizçilər və digər insanlar həyatını itirib. Əgər bir gün ət və nəfəs olmadan sadəcə sümüklərə çevrilmə riskini qəbul etmək istəmirsinizsə, bura ziyarət etmək üçün uyğun yer deyil.

Mənbə: last-minute.com
Tərcümə etdi: Arzu Qafarova
