
Aktiv həyat tərzi, stressdən qaçmaq, az alkoqol və siqaret istehlakı kimi bir çox faktor sağlam həyatın qapılarını açır. Mütəxəssislər hər fürsətdə bildirirlər ki, balanslaşdırılmış qidalanma müxtəlif xəstəliklərə yoluxma riskini azaldır. Dünyada gözlənilən ömür uzunluğu ən uzun olan ölkələrdən biri olan Yaponiyada sağlam qidalanma vərdişləri kifayət qədər yaygındır. İş o yerə çatıb ki, hətta şirniyyatlarda da şəkər və kalorisi az olan məhsullardan daha az istifadə edilir. Süfrələrinə verilən məhsulların təbii tərkibli olmasına diqqət edən yaponlar bu qidalardan heç vaxt imtina edə bilmirlər.
Tofu soya paxlasından hazırlanmış qidadır və bir çox sağlamlıq faydaları təqdim edir. Yüksək keyfiyyətli bitki zülalının mənbəyi kimi əzələlərin inkişafı və təmiri üçün idealdır. Bundan əlavə, aşağı doymuş yağ tərkibi və xolesterinin olmaması sayəsində ürək sağlamlığını dəstəkləyir. Zəngin bir kalsium qaynağı olduğundan, sümük sağlamlığını gücləndirir və osteoporoz riskini azalda bilər. Tərkibindəki izoflavonlar hormon balansını dəstəkləyir və bəzi xərçəng növlərinin qarşısının alınmasında rol oynaya bilər.
Yaponlar yeməklərində çoxlu tərəvəz istehlak edirlər. Onların ümumi istehlak etdikləri tərəvəzlərə ispanaq, cücərti, turp, bambuk tumurcuqları, soya cücərtiləri, kartof və göbələklər daxildir. Tərəvəzlərdə A vitamini, C vitamini, K vitamini və fol turşusu kimi vitaminlər var.
Tərəvəzlərdə olan antioksidantlar bədəndəki sərbəst radikalları zərərsizləşdirərək hüceyrə zədələnməsinin qarşısını alır və qocalmanı ləngidir.
Dəniz yosunu yapon mətbəxində, xüsusilə suşi və salatlarda geniş istifadə olunur. Nori və wakame kimi dəniz yosunu növləri məşhurdur.
Dəniz yosunları xüsusilə yodla zəngindir. Yod qalxanabənzər vəzinin sağlam işləməsi üçün lazımdır və orqanizmdə enerji istehsalını tənzimləyir. Dəniz yosunları həzmi yaxşılaşdıran və bağırsaq sağlamlığını dəstəkləyən yüksək lif ehtiva edir.
Dəniz yosunları antioksidan xüsusiyyətlərə malikdir və bədəndə toksinlərin yığılmasının qarşısını ala və hüceyrə zədələnməsini azalda bilər.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Nazrin Humbat
