Bu gün:

Vampir nədir?


Vampirlər gecələr dünyanı dolaşaraq qanı ilə qidalanan insanlar axtaran mifoloji varlıqlardır. Onlar hamının ən məşhur klassik canavarları ola bilər. Əksər insanlar vampirləri Bram Stokerin 1897-ci ildə nəşr olunan Drakula epik romanının əfsanəvi, qan udduran mövzusu olan Qraf Drakula ilə əlaqələndiriblər. Lakin vampirlərin tarixi Stoker doğulmamışdan çox əvvəl baş verib.

Vampir nədir?

Vampirlərin demək olar ki, çox fərqli xüsusiyyətləri var. Lakin əsas xüsusiyyətləri onların insan qanı içməsidir. Onlar iti dişləri ilə qurbanlarının qanını boşaldır, onları öldürür və vampirə çevirir.

Ümumiyyətlə, vampirlər gecələr ov edirlər, çünki günəş işığı onların gücünü zəiflədir. Bəziləri yarasa və ya canavar halına gəlmək qabiliyyətinə malik ola bilər. Güzgüdə öz simasını görə bilmirlər və kölgə salmırlar.

Vampir tarixi

Ehtimal olunb ki, Bram Stoker qraf Drakulanı Vlad Drakulanın şərəfinə adlandırıb. Vlad Drakula Rumininiyanın Transilvaniya şəhərində anadan olub. O, 1448-1477-ci illər arasında Rumıniyanın Valaxiyasını idarə edib.

Bəzi tarixçilər onu Osmanlı İmperiyasına qarşı cəsarətlə vuruşan ədalətli, lakin vəhşicəsinə qəddar bir hökmdar kimi təsvir ediblər.

Rəvayətə görə, Vlad Drakula ölməkdə olan qurbanlarının arasında nahar etməkdən və çörəyini onların qanına batırmaqdan həzz alırdı. Bu qanlı nağılların doğru olub-olmadığı bilinmir. Bir çox insanlar bu hekayələrin Stokerin təxəyyülünü canlandırdığına inanır, o da Transilvaniyadan olan, qurbanının qanını udan və ürəyinə dirək vuraraq öldürülə biləcək qraf Drakulanı yaradıb.

Mənbə: History 
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et