1946-cı ildə yayımlanan Frank Kapranın “Möhtəşəm Həyat” filmi “həddindən artıq sentimental” bir yeni il hekayəsi kimi tənqid edilib.
Nümayişindən uzun müddət keçsə də, “Möhtəşəm Həyat” bayram dövrünün ayrılmaz bir hissəsinə çevrilib.
Ceyms Stüart bu filmdə bazar və kredit meneceri Corc Beyli rolunu oynayır. Corc öz həyatına son qoymağı düşünərkən bir mələk ona dünyaya gəlməsəydi şəhərinin və sevdiklərinin necə acınacaqlı vəziyyətdə olacağını göstərir. Film 1974-cü ildə texniki bir səhv səbəbindən başa çatıb və bu, televiziya yayımları ilə filmin yeni il klassikası kimi tanınmasına gətirib çıxarıb. Lakin 1974-cü ildə belə, rejissor Frank Kapra filmi “həddindən artıq sentimental” olduğu tənqidlərinə qarşı müdafiə edirdi.
1946-cı ildə yayımlandığı zaman “The New York Times” qəzetinin müəllifi Bosli Krauter “Möhtəşəm Həyat" filmini tonu səbəbindən tənqid edərək: “Bu filmin zəifliyi onun "sentimentallığıdır” deyib. Kapranın əvvəlki filmləri də oxşar şəkildə ABŞ həyatının idealizə edilən versiyaları ilə əlaqələndirilib. “Cənab Dids Şəhərə Gedir” və “Cənab Smit Vaşinqtona Gedir” kimi əsərlər “Kapra-mısır” olaraq adlandırılıb, çünki filmlər şirin, sadə bir təbiətə malik idi. Ancaq “Möhtəşəm Həyat” saf ürəkli Corcu tamahkar Cənab Potterə qarşı qələbə çaldığı bir sonluqla bitməsinə baxmayaraq, adi insanların qaranlıq, danışılmayan mübarizəsini nümayiş etdirir. Maskulin soyuqqanlılığın üstünlük təşkil etdiyi bir dövrdə zehni sağlamlıq əsasən müzakirə olunmazkən, Stüartın Corcun ümidsizliyini canlandırması narahatlıq, depressiya və şəxsi uğursuzluq hissi kimi məsələləri işıqlandırıb.
Kapra deyib: “Bu, başqa bütün filmlərimdə deməyə çalışdığım hər şeyi bir paketdə əks etdirdiyi üçün mənim ən sevdiyim filmdir”.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova