Bu gün:

Niyə itlər metal yalayır?


İtlərin diqqətini tez-tez metal kimi sərt səthlər cəlb edir və bu səthləri yalamağa başlayırlar. Metal səthlər xüsusən soyuq hiss və ya dad səbəbiylə itləri cəlb edə bilər. Bu bəzən sahibinə problem yaradan daimi bir vərdişə çevrilə bilər, lakin digər hallarda bu sadəcə yüngül narahatlıq yaradır.


Qurğuşun izləri olan metal səthlərin dadı çiyələklərə bənzəyir, buna görə də itlər bu dadı sadəcə olaraq bəyənə bilər. Digər tərəfdən, bir it obsesif-kompulsif pozğunluq səbəbi ilə metal yalama vərdişini mənimsəyə bilər. İnsanlarda olan semptomlar fərqli ola bilər, amma adətən narahatlığı azaltmaq və ya cansıxıcılığı aradan qaldırmaq məqsədilə təkrarlanan hərəkətləri özündə ehtiva edir.

Bir it cansıxıcı və ya stresli bir dövr keçirirsə, bu kimi qəribə vərdişləri mənimsəmə ehtimalı daha yüksəkdir. Travması olan itlərin obsesif-kompulsif pozğunluğunun inkişaf etmə riski daha yüksəkdir. Onların narahatlıqlarını azaltmaq üçün çeynəmələri üçün sümük və ya donuz qulaqları vermək yaxşı çıxış yoludur. Bu kimi şeylər onların diqqətini başqa şeylərə yönəldə bilər. Xam dəri parçasını çeynəmək itlərə sakitlik və təhlükəsizlik hissi verə bilər.


Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et