Bu gün:

Buz meydançaları necə yaranıb?


Buz meydançaları ilk dəfə Londonda yaranıb. 1843-cü ildə ilk dəfə "Pinch" jurnalı "donmuş sudan deyil, kimyəvi maddələrin, o cümlədən donuz yağı və ərimiş kükürdün qarışığından, iyrənc qoxulu olan" süni buzlu ilk konkisürmə meydançası haqqında məlumat verib. Bütün bunların üstünə təbaşir tozu səpilib. Texnologiya bahalı və əlçatmaz olduğundan, konkisürmə meydançaları kiçik ərazilərdə tikilib. 1844-cü ildə “The Glaciarium” kankisürmə meydançasındakı buz da oxşar texnologiya ilə hazırlanıb. Glaciarium konkisürmə meydançası kifayət qədər böyük idi - 3000 kvadrat fut (279 kvadrat metr). Duz baha olduğuna görə buz meydançasına heyvan yağı töküblər. Bu yağdan isə ziyarətçilərin şikayətlənəcəyi qoxu gəlirdi. Bu səbəbə görə “The Glaciarium” buz meydançası tezliklə bağlanıb. 


İlk süni buzdan hazırlanan kankisürmə meydançası 1867-ci ilin qışında Londondakı Regents Parkında baş verən faciədən sonra yaranıb. Faciə nəticəsində konki sürən zaman buzun çatlaması nəticəsində 40 nəfər göldə boğularaq ölüb. Buna görə də donmuş göllərdəki buzun üstündə kanki sürməyin əvəzinə daha təhlükəsiz bir alternativ tapmaq lazım oldu. 


Baytar və ixtiraçı Con Gemci Avstraliyadan Yeni Zellandiya və Böyük Britaniyaya ət göndərərkən onu donduran zaman bu ət dondurma texnologiyasının buz meydançalarında da tətbiq oluna biləcəyini fikirləşib. Bu fikir işə yarayıb. Konkisürmə meydançaları torpaq, ot və taxta təbəqələr ilə örtülən beton bazada yaradılıb. Bütün bunun üzərinə su, azot peroksid və efir ilə qliserinin məhlulu ilə doldurulan mis borular qoyululub. Borular boruya təmas edərək donan su ilə örtülürdü. Buz o qədər soyuq alınırdı ki, kankisürmə meydançası daima dumanlı görünürdü. 


İlk qapalı buz meydançası xokkeyin vətəni Kanadada yaranıb. Bütün müasir kankisürmə meydançalarının prototipi 1912-ci il Milad ərəfəsində Kanadanın Viktoriya şəhərində ilk qapalı buz arenasını açan kanadalılar Lester və Co Patrick qardaşlarına məxsusdur. Arenanın qiyməti o vaxtlar üçün fantastik idi - 110.000 dollar, arena 4000 nəfəri qəbul edə bilirdi. Üç gün sonra Patrik qardaşları Vankuverdə ikinci buz meydançasını açdılar. Bu arenanın qiyməti daha da baha idi - 210 min dollar, lakin bu arena artıq 10 mindən çox insanı qəbul edə bilirdi. Dünyanın ən böyük soyuducu qurğusu məhz bu məqsədlə yaradılıb. Sonrakı illər ərzində Patrik qardaşları ABŞ-nin şimal-qərbində və Kanadanın qərbində yüzlərlə buz arenası yaradıblar. Bu gün ABŞ-da 1700-dən çox buz arenası fəaliyyət göstərir.


Mənbə: kriofrost.academy


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et