Bu gün:

Ortancıl uşaqlar digərlərindən fərqlənirmi?



Çox əsəbi ilk uşaqlardan tutmuş ortancıl uşaqlara və şıltaq ən kiçik uşaqlara qədər bir şəxsin doğum sırasının şəxsiyyətinə necə təsir etdiyinə dair psixoloji iddialar çox olsa da, əksər araşdırmalar bu iddiaları dəstəkləməmişdir.


PNAS jurnalında dərc olunan yeni bir araşdırma ortancıl uşaqların böyük və kiçik bacı-qardaşlarına nisbətən daha uyğunlaşan, dürüst və təvazökar olduğunu göstərir. Araşdırma doğum sırası və şəxsiyyət haqqında aparılan əvvəlki genişmiqyaslı tədqiqatlarla ziddiyyət təşkil edir və nəticələrin təsdiqlənməsi üçün daha çox araşdırmaya ehtiyac ola bilər.

2015-ci ildə PNAS jurnalında dərc edilən bir araşdırma məqaləsində iyirmi ildən çox müddətdə aparılan araşdırmaların bir-birinə zidd nəticələr verdiyi, bəzilərinin şəxsiyyət xüsusiyyətləri ilə doğum sırası arasında çox güclü uyğunluq, digərlərinin isə heç bir əlaqə göstərmədiyi ifadə edildi. Bununla belə, bu tədqiqatların əksəriyyəti ümumi əhalini adekvat şəkildə əks etdirməyən kiçik nümunələrlə aparılmışdır.

Eyni il ərzində böyük nümunələrlə aparılan iki mühüm araşdırma yayımlandı. Bunlardan biri ABŞ, Böyük Britaniya və Almaniyadan 20.000 nəfəri əhatə edirdi və "Beş Faktor Modeli"ni (xaricidən yönümlülük/daxilidən yönümlülük, uyğunlaşma, təcrübəyə açıqlıq, nevrotiklik və məsuliyyət) istifadə edərək şəxsiyyət xüsusiyyətləri ilə doğum sırası arasındakı əlaqəni öyrənirdi. Digər araşdırma isə, 1960-cı ildə lisey şagirdləri ilə 272.000 ABŞ-lı yetkini əhatə edən bir nümunə ilə aparılmışdı.

Hər iki araşdırma da doğum sırasının şəxsiyyət üzərindəki təsirlərinə dair güclü sübutlar təqdim edə bilmədi. İlk araşdırma heç bir əlaqə tapa bilməzkən, ikinci araşdırma yalnız zəka ilə böyük uşaq olma arasında çox kiçik bir uyğunluq tapa bildi. Bu kiçik uyğunluq, böyük uşaqların adətən kiçik uşaqlara rəhbərlik etdiyi üçün ola bilər. Ancaq bu fərqin real həyatda proqnozlaşdırma gücü olduqca məhduddur.

Mənbə: Evrim ağacı

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et