Hər bir insanın başında öz şəxsi qəribəlikləri var. Hamımız qəribəyik. Dünyaya tamam başqa rakursdan baxan yaradıcı insanlar isə daha çox qəribəliklərə və başqaları üçün anlaşılmaz olan ekssentrik vərdişlərə malikdirlər. Necə deyərlər, qeyri-adi insan hər şeydə qeyri-adidir.
Belə çıxır ki, böyük yazıçıların da çoxlu qeyri-adi vərdişləri olub. Onlara bu gün birlikdə nəzər yetirəcəyik.
1. Nikolay Qoqol- qəribəlik rekordsmeni:
Qoqol çox gizli və qapalı bir insan idi, bu, yaxınları tərəfindən kəskin şəkildə qəbul edilirdi, çünki bu, dostluq ideyasını sarsıdırdı. Bundan əlavə, yazıçı patoloji yalançı idi - ailəsini və dostlarını asanlıqla aldatdığı üçün onun sözlərinə inanan adam az idi. Məktublarından aydın olur ki, o, öz müxbirlərini sistemli şəkildə yayındırırdı: gah Rusiyada olarkən sanki xaricdən yazır, gah da olmayan detallar uydururdu.
Qoqol yad adamlardan çox qorxurdu. Mühitə yeni insan daxil olduqda oranı tərk edə, son illərdə isə heç ortalıqda görünməməyə çalışırdı.
Nikolay Qoqol ipoxondriyadan əziyyət çəkirdi. Bu pozğunluq insanın sağlamlığına həddindən artıq diqqət və bununla bağlı əsassız narahatlıqla müşayiət olunur. Nəticədə, Qoqolun bütün tanışları onun bütün xəstəliklərindən və bilmək istəmədikləri bütün təfərrüatlardan xəbərdar idilər.
Qoqolun kişi üçün qeyri-adi hobbisi də var idi - o, toxumağı və tikməyi sevirdi, bunun sayəsində həmişə ən son dəbdə geyinirdi. Amma o, bu hobbidən çox utanırdı, ona görə də bunu başqalarından gizlədirdi.
2. Mark Tven- pişik və nikotin sevgisi
Mark Tven çox siqaret çəkən idi. O, səkkiz yaşlı uşaq ikən siqaret çəkməyə başlayıb və ölənə qədər hər gün 20-40 siqar çəkib. Nikotinsiz yaza bilməyib. Üstəlik, yazıçı ən qoxulu və ucuz siqarları seçib.
Mark Tven pişikləri insanlardan daha çox sevib. Yazıçı pişiklərə o qədər pərəstiş edib ki, pişiksiz evin ev deyil, müvəqqəti sığınacaq olduğuna ciddi şəkildə inanıb.
Müxtəlif dövrlərdə onunla eyni vaxtda 19-a qədər pişik yaşayıb və onların hər birinin öz adı olub.
3. Balzak- kofe manyakı
Amma Onore de Balzak fiziki fəaliyyətlə deyil, pərəstiş etdiyi, gündə 50 stəkan içdiyi güclü türk qara qəhvəsi ilə güclənirdi. Kofeinin təsiri altında o, 48 saat oyaq qala bilər, dayanmadan növbəti kitab üzərində işləyə bilirdi. Amma o vaxtlar qəhvə almaq o qədər də asan deyildi, ona görə də içki dəmləmək mümkün olmayan günlərdə yazıçı sadəcə olaraq qəhvə dənələrini çeynəyirdi.
Mənbə: dzen. ru
Tərcümə etdi: Fatimə Umarbəy