Bu gün:

Qadınların qarderobunda şalvarın yeri


Uzun-uzun müddət ərzində şalvarlar qadın geyimlərinin ən mübahisəli elementi olaraq qalıb. Onlara qarşı mübarizələr aparılıb, qadağalar tətbiq olunub. Məsələn, Amerikada şirkətlər hətta şalvar yerinə yubka və ya paltar geyən qadınlara gündə 1,50 dollar “mükafat” təklif ediblər.


 Şalvar 20-ci əsrin sonlarına qədər uzun müddət qadınlar üçün uyğun geyim hesab edilməyib və qadınlar onları geyinmək üçün şiddətlə mübarizə aparıblar. “Qadınlar qızdırmadan, nəfəs almaqda çətinlik çəkdiklərindən, ətəklərinin həmişə çirkli olmasından şikayətləniblər. Onlar tez-tez pilləkənlərdə ətəklərini büdrəyib yıxılıblar” – tarixçi Anne-Mari Ştrassel yazır.


 20-ci əsrin 20-ci illərində qadın qarderobunun bir elementi kimi şalvarların aktiv şəkildə təbliğinə başlanılıb. O dövrün qadın obrazlarının rahatlığı üçün əsas döyüşçü Koko Şanel olub. Şanel geniş kişi şalvarlarını ilk geyənlərdən biri olub, sonra onları qadın şalvarına çevirib. Rahatlığı sayəsində şalvar tez bir zamanda qadınlar arasında populyarlıq qazanıb. Eyni zamanda, bəzi qızlar isə şalvarda cəmiyyət içərisində görünməyə qorxublar. Onlar yalnız istirahət və şəhərdən kənarda gəzinti zamanı geyiniblər. Qızlar rəsmi tədbirlərə yalnız paltarda qatılıblar.


 Bu gün şalvar həm kişilər, həm də qadınlar üçün qarderobun əsas elementidir. Həm şəxsi, həm də ictimai yerlərdə geyinilə bilər. Lakin şalvar, xüsusən də şalvar kostyumları hələ də kişilər üçün uyğun görülən geyimdir.


Mənbə: dzen.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et