“Risk cəmiyyəti” anlayışı ilə sosioloq Ulrix Bek vurğulayır ki, müasirləşmə prosesləri bizi qlobal, gözlənilməz və idarə olunması çətin olan risklərlə yaşamağa məcbur edir. İstehsalın prioritet olduğu bir sistemdən, risklərin idarə edilməsinin öncül rol oynadığı bir sistemə keçirik. Kehanetlər və mistik görücülər bir çox mədəniyyətlərin ənənələrinin və folklorunun bir hissəsidir. Populyar mədəniyyətdə qlobal təsiri olan iki ad önə çıxır: bolqar görücü Baba Vanqa və görücülər dedikdə ağıla ilk gələn ad Nostradamus.
Bir az axtarış göstərir ki, bu görücülərin kəhanətləri hər il davamlı olaraq klik yemi məzmunu olaraq hazırlanır. Türkiyə internetində Baba Vanqanın peyğəmbərliklərini ehtiva edən ilk məzmun 2008-ci ilə təsadüf edir. Xəbərdə “Obamanı tanıyan peyğəmbər” kimi qələmə verilən Baba Vanqanın da 11 sentyabr hücumları, Kursk faciəsi və Rusiyanın Gürcüstanı işğalı kimi hadisələrdən xəbəri olduğu iddia edilib.
Baba Vanqanın kəhanətləri:
2008
Dörd fərqli ölkənin dövlət başçısına sui-qəsd olacaq. Bu, III Dünya Müharibəsinin səbəblərindən biri olacaq.
2010
Üçüncü Dünya Müharibəsi 2010-cu ilin noyabrında başlayacaq və 2014-cü ilə qədər davam edəcək.
2011
Radioaktiv dalğaların güclənməsi səbəbindən heyvanlar və bitkilər məhv olmaq həddinə gələcək. Müsəlman ölkələri kimyəvi müharibə ilə avropalıları məhv edəcək.
2014
Bəşəriyyətin yarısı xərçənglə mübarizə aparacaq.
2016
Avropanın əhalisi azalacaq.
2018
Çin dünyanın yeni hökmdarı olacaq və iqtisadi cəhətdən güclənəcək.
2043
Müsəlman dövlətlərdən biri Avropanın yeganə hökmdarı olacaq.
2046
Müalicə olunmayan orqan qalmayacaq. Xəstə orqanlar yeniləri ilə əvəz edilə biləcək.
2076
Bütün dünyada “sinifsiz” kommunizm sistemi qurulacaq.
2088
Bütün xəstəliklər bir neçə saniyə ərzində sağalacaq.
2097
Sürətli qocalmanın qarşısı alınacaq.
2167
Yeni bir din yaranacaq.
2304
Ayın sirri həll olunacaq.
3797
Dünyanın sonu gələcək. İnsanlar başqa planetdə yaşamağa davam edəcəklər.
Bu kəhanətlər arasında 2024-cü ilə qədər olanlar da daxil olmaqla ən təfərrüatlılarının heç vaxt reallaşmadığını görmək olar. Avropanın əhalisinin azalacağı və ya Çinin iqtisadi cəhətdən güclənəcəyi ilə bağlı proqnoz vermək üçün peyğəmbərliyə ehtiyac yoxdur. 2008-ci ildən sonra demək olar ki, hər il nəşr olunan Baba Vanqa məzmununda bu siyahının keçmiş hissələri çeşidlənərək yenidən paylaşıldı və son bir neçə ildə baş vermiş hadisələr Baba Vanqanın bildiyi kateqoriyaya əlavə edildi.
Bəs Baba Vanqa kimdir? Vanqeliya Pandeva Dimitrova adı ilə anadan olan Baba Vanqa, 1911-ci ildə Osmanlı İmperiyasının Strumica şəhərində doğulan və 1996-cı ildə Bolqarıstanda vəfat edən "görücü" olub. Uşaq ikən fırtınada gözlərini itirəndə, fövqəltəbii qabiliyyətlərə sahib olduğuna uyğun bir sirr qazanıb. Erkən yaşlarından bitki mənşəli müalicələrlə müxtəlif xəstəlikləri sağaltmağa başlayan gənc Vanqa gələcəklə bağlı da proqnozlar verərək xüsusilə Balkanlarda və Rusiyada geniş kütləyə malik olub. Lakin 1989-cu ildən sonra Bolqarıstanın siyasi və sosial transformasiyasını nəzərə alsaq, Baba Vanqanın yeganə peyğəmbər kimi önə çıxdığını söyləmək çətindir. Dövlət ateizminin sona çatması ilə imanla bağlı məsələlərin yenidən gündəmə gəlməsi və medianın təsiri yeni bir spiritizm dalğasına səbəb olub. Bu dövrdə təkcə kahinlər deyil, həm də şəfaçılar, yadplanetlilərin hekayələri və mistik mövzular məşhurlaşıb. Baba Vanqa bu keçid dövrünün ən parlaq və xarizmatik simalarından biri olub. Onun ölümündən sonra Vanqanın təsiri, xüsusən 2000-ci illərdə internetin yayılması ilə yenidən artmağa başlayıb. Tabloid mətbuatın onun kəhanətlərini manşetlərə daşıması, forum saytları və sosial media platformalarının bu məzmunu qlobal auditoriyaya çatdırması Vanqanın adının Balkanlardan kənarda da geniş şəkildə tanınmasına səbəb olub.
Vanqanın peyğəmbərliklərinin digər mühüm vasitəçisi onun qardaşı qızı Krasimira Stoianovadır. Stoyanova 1990-cı illərdə Vanqa haqqında çoxlu kitablar yazıb və bu əsərlər rus dilinə tərcümə edilərək Vanqanın Rusiyada populyarlaşmasına töhfə verib. Bu populyarlığın digər səbəbi Vanqanın peyğəmbərliklərində Rusiya ictimaiyyətini sevindirəcək proqnozların yer almasıdır. Vanqanın obrazı 2010-cu illərdə çəkilmiş sənədli filmlər və seriallarla böyük ölçüdə yenidən qurulub. Onun Hitler, Bolqarıstan kralı Boris və KQB-nin məsləhətləşdiyi falçı olması ilə bağlı şayiələr də bu istehsallarla məşhur mədəniyyətə daxil olub. Nəticədə hər il “nəyisə bilmək” kimi təqdim edilən və gələcəklə bağlı gözləntilərin bağlandığı peyğəmbər fenomeni yaranıb.
Bir sözlə, Baba Vanqanın peyğəmbərlikləri kimi satılan məzmun populyar mədəniyyət və media tərəfindən yenidən qurulan əfsanəyə əsaslanır. Onun peyğəmbərliklərinin əksəriyyətində yoxlanıla bilən mənbələr yoxdurasitəçilər və internet sayəsində zamanla daim təkrarlanır. O, həm də risk və qeyri-müəyyənliyə qarşı bir şey axtaran bugünkü cəmiyyət üçün rahatlıq qidası kimi xidmət edir.
Mənbə:doğrulukpayı
Tərcümə etdi:Fidan Şahbazlı
