Bu gün:

Moa quşu nədir?


Bu gün nəsli kəsilmiş bir çox müxtəlif heyvan növləri var. Hər keçən gün dünyanın müxtəlif yerlərində bu heyvanların qalıqları üzə çıxarılır. Xüsusilə moa quşu internetdə maraqla qarşılanan və araşdırılan nəsli kəsilmiş heyvanlar arasındadır. Bəs, moa quşu nədir, harada yaşayıb və nəsli niyə kəsilib?

 

Moa quşu milyonlarla il əvvəl yaşamış və sonra nəsli kəsilmiş heyvan növləri arasındadır. Xüsusilə üzə çıxarılan qalıqları ilə çox fərqli və xüsusi bir quş növü olaraq bilinir. Dünyanın müəyyən yerlərində yaşamış və indi də diqqəti cəlb edən xüsusi quş növləri arasındadır. 


Moa quşu nədir? 

Dinornithiformes kimi də tanınan moa quşu bu ailədəki nəsli kəsilmiş 9 müxtəlif quş növündən biridir. "Qaçış" quşu olduğunu da söyləmək olar. Təxminən 7 milyon il yaşadıqdan sonra nəsli kəsilmiş heyvan növləri arasındadır. Xüsusilə uzunluqları 3 metrdən çox olduğu üçün çox sürətli heyvanlar kimi də fərqlənirlər. Amma ən kiçikləri belə hindquşundan böyük deyil. Bu çərçivədə, yaşadıqları bölgəyə görə ölçüləri dəyişən heyvan növləri arasındadır. Bu gün hələ də yaşadıqları bölgədən skelet qalıqları çıxarılan heyvanlar arasındadır.


Moa quşu harada yaşayırdı? 

Yaşadıqları bölgə baxımından baxdıqda, Yeni Zelandiya diqqəti çəkir. Daha dəqiq desək, Yeni Zelandiyanın meşələrində və düzənliklərində yaşayan heyvan növü olub. Uzun illər yaşasalar da, yaşadıqları bölgədə dominant heyvan növləri arasındadırlar. Uça bilməyən quş növü olması ilə yanaşı, eyni zamanda ən təsirli və sürətli qaçan heyvan növləri arasındadır. Ümumiyyətlə, sıx meşələrin daxili hissələrində və ya düzənliklərin kənarlarında yaşayan quş növüdür. 


Moa quşunun nəsli niyə tükəndi? 

Moa quşları həm dəvəquşu, həm də hindquşuna bənzər quruluşa malik heyvan növlərindəndir. Bu mövzu ilə bağlı ən maraqlı suallardan biri də moa quşlarının nəslinin niyə tükənməsidir. Araşdırma və təhlil nəticəsində ortaya çıxan iki fərqli səbəb var. Onlardan biri bölgədəki digər yırtıcılar və ya bölgədə yaşayan insanlar tərəfindən ovlandığı üçün nəslinin tükəndiyi hesab edilir. Eyni zamanda, ətraf mühit şəraiti və ərazilər kiçildikcə moa quşlarının nəsli kəsildiyi düşünülür. Yaşayış sahələrinin sürətlə kiçilməsi səbəbindən təxminən e.ə 1450-ci illərdə nəsli kəsildiyi güman edilir.


Mənbə: Hüriyyet

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et