Bu gün:

Jurnalistika cinayət deyil


2022-ci il üçün son rəqəmlər göstərir ki, bütün dünyada 156 jurnalist öldürülüb, ən çox hücum isə Latın Amerikasında baş verib. Dünyanın bu hissəsi bütün mətbuat cinayətlərinin 31 faizini, daha 30 faizi isə Asiya-Sakit okean regionunda təşkil edir. 


Getdikcə daha çox jurnalist korrupsiya, insan hüquqlarının pozulması, insan alveri və siyasi ədalətsizlik mövzularında reportajlar yazdıqlarına görə həyatları ilə bunun bədəlini ödəyirlər. 


“İfadə azadlığının əsas hüququnu qorumaq və vətəndaşların etibarlı məlumat əldə etməsini təmin etmək üçün jurnalistlər öz təhlükəsizlikləri üçün qorxmadan öz işlərini görməlidirlər və onlara qarşı cinayət törədənlər həmişə cavabdeh olmalıdırlar”, -UNESCO-nun direktoru general Odri Azule bildirib. Halbuki UNESCO-nun məlumatına görə, jurnalist qətllərinin yalnız 10 faizdən bir qədər çoxu araşdırılır. Xüsusilə bəzi ölkələrdə söz azadlığının getdikcə zəiflədiyi bir vaxtda anlamaq lazımdır ki, jurnalistika cinayət sayıla bilməz və belə qəbul edilməməlidir. Əks halda vətəndaşların obyektiv məlumat almaq fundamental hüququ pozulur.


“Sərhədsiz reportyorlar” təşkilatı illik «Reporters without Borders» indeksində 180 ölkədə sorğu keçirib və müəyyən edib ki, silahlı münaqişələr və hökumətlərin milli təhlükəsizlik və müşahidə tədbirlərindən hədsiz dərəcədə istifadə etməsi dünyanın bütün yerlərində mətbuat azadlığının açıq şəkildə azalmasına səbəb olan amillərdəndir.


Beləliklə, yadda saxlamaq lazımdır ki, jurnalistika cinayət deyil, demokratik cəmiyyətin fəaliyyətinin əsasıdır. Jurnalistlərin hüquqlarının və mətbuat azadlığının qorunması təkcə media işçilərinin özünü müdafiə etmir, həm də vətəndaşların cəmiyyətdə əsaslandırılmış qərarların qəbulu üçün zəruri olan həqiqəti əks etdirən və obyektiv məlumat almaq hüququnu təmin edir.


Mənbə: news.un.org

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et