24media.az-ın budəfəki müsahibi modelyer, dizayner Şəlalə Maqsudovadır. O, 2025-ci ilin dəbindən danışıb.
-2025-ci il üçün hansı rənglər və necə paltarlar daha dəbli hesab edilir?

2025-ci ilin rənglərində dəyişikliklər olacaq. Ən trenddə olan rənglər tünd yaşıl, leopar və bordo olacaq. Ağ və qara rənglər isə bütün illərdə və bütün fəsillərdə dominant olaraq qalacaq. Çünki ağ və qara klassik rənglərdir. 2025-ci ilin qış dəbini vurğulamaq istəyirəm, qış dəbi dedikdə, ilk növbədə, palto, manto, freşler nəzərdə tutulur. Böyük varatnikli, bel kəsikli, uzun, bədənə oturan paltolar bu ilin dəbi olacaq. Bununla yanaşı, xəz və dəridən hazırlanmış geyimlər də gündəmdə olacaq.
Gülnisə Əfkari
