Yuta səhrasında tapılan "yadplanetli bitki" fosili Yer planetində məlum olan heç bir növə aid deyil. "Othniophyton elongatum" 47 milyon il əvvəl yaşayıb, lakin elm adamları onun aid ola biləcəyi müasir və ya nəsli kəsilmiş bitki ailələrini tapa bilmirlər.

1969-cu ildə Yuta ştatının Rainbow şəhəri yaxınlığındakı Yaşıl Çay Formasiyasında floranı tədqiq edən paleontoloqlar tanımadıqları qeyri-adi bir fosil aşkar ediblər. Onlar onu "yad bitki" mənasını verən Othniophyton elongatum adlandırıblar və bunun jenşen ilə əlaqəli ola biləcəyini qeyd ediblər.
50 il sonra Florida Təbiət Tarixi Muzeyinin paleobotanika üzrə kuratoru Stiven Mançester Berkli Kaliforniya Universitetinin botanika kolleksiyasını gəzərkən yadplanetli bitki ilə eyni ərazidə tapılan naməlum fosilə rast gəlib. Araşdırmalar göstərib ki, iki fosil də eyni bitki növünə aiddir.
Elm adamları Yutada tapılan iki sirli bitki qalığı üzərində geniş araşdırma aparıblar – lakin bu, onlara cavabdan daha çox sual verib. İndiyə qədər “yadplanetli bitki” mənasını verən "Othniophyton elongatum"-un yalnız iki tanınmış nümunəsi tapılıb və bu son analiz növün heç bir məlum müasir və ya nəsli kəsilmiş bitki ilə əlaqəli olmadığını ortaya qoyub.
Tədqiqat tarixdən əvvəlki bitkilərin təsnifatı ilə bağlı suallar doğurur. 65 milyon il əvvəl nəsli kəsilmiş növlər tez-tez müasir ailələrə bölünür, lakin onlar, əslində, artıq mövcud olmayan ailələrə aid ola bilər.
Mənbə: Allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
