
Təxminən 4,500 il əvvəl Stonehenge-in görünüşü indikindən çox fərqli idi. Qış gündönümündə Heel Daşı ilə daş dairənin arasında dayanaraq günəşin son şüalarının meqalitlərdən keçərək yox olduğunu görmək mümkündür. Arxeoloqlar bu düzülüşün təsadüfi olmadığını, abidəni inşa edənlərin planlaşdırdığını düşünürlər.
Lakin vaxtilə mövcud olmuş bir çox daşlar artıq yoxdur. 1740-cı ildə John Woodun hazırladığı planla bu günkü görünüş eyni olsa da, 20-ci əsrdə bərpa işləri zamanı bəzi daşların çatışmadığı məlum oldu. İlk dəfə 1666-cı ildə John Aubrey dairədə çuxurlar aşkar edib və onların meqalitlərə aid olduğunu düşünüb. Daha sonrakı qazıntılar həmin çuxurların dairəvi şəkildə düzülmüş daşlara aid olduğunu təsdiqləyib.
"Sarsen" daşlarının heç biri ərazidən kənarda tapılmasa da, "bluestone" daşlarının bir neçəsi fərqli yerlərdə aşkarlanıb. Məsələn, 1934-cü ildə bir bağda aşkar edilən daşın Stonehenge-dən gətirildiyi məlum olub. 2024-cü ildə aparılan tədqiqat isə Altar Daşının Şotlandiyanın şimal-şərqindən gəldiyini sübut etdi.
Stonehenge-in sirli tarixi hələ də tədqiqatçıları heyrətləndirməyə davam edir.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
