Kosmik mədənçilik planetlərdən, asteroidlərdən və digər göy cisimlərindən qiymətli ehtiyatların çıxarılması prosesidir.

Kosmik mədənin məqsədləri:
Qızıl və platin kimi nadir metallar kosmosdakı asteroidlərdə bolca tapıla bilər. Aydakı su və asteroidlər raket yanacağı istehsalı və ya kosmosda həyatı təmin etmək üçün istifadə edilə bilər.
Kosmik qazma xüsusi avadanlıq və robot texnologiyaları ilə həyata keçirilir. Əsas addımlar bunlardır:
1) Hədəfin müəyyən edilməsi: asteroidləri və ya planetləri skan etməklə resurs bolluğunun müəyyən edilməsi.
2) Kəşfiyyat Vasitələri: Kosmik gəmilər göndərməklə ehtiyatların dəqiq yerini və miqdarını müəyyən etmək.
3) Resursların çıxarılması: Resursların Yerə gətirilməsi və ya robot ekskavatorlar və digər ixtisaslaşdırılmış cihazlarla kosmosda emalı.
Kosmik mədənin üstünlükləri:
Resurs çatışmazlığının həlli: Yer üzündə resursların tükənməsini ləngidə bilər.
Kosmik Tədqiqatlar: Kosmosu daha da araşdırmaq və koloniyalaşdırmaq üçün imkanlar təmin edir.
Kosmik mədən əməliyyatları olduqca baha başa gəlir. Həmçinin mövcud texnologiyalar hələ bu böyük əməliyyatlar üçün kifayət qədər inkişaf etmiş deyil.
Gələcək perspektivlər:
Kosmik mədənçilik gələcəkdə enerji və sənaye resurslarının təmin edilməsində mühüm rol oynaya bilər. NASA, SpaceX və müxtəlif özəl şirkətlər bu sahədə durmadan işləyirlər. Ay və Mars kimi göy cisimləri mədən əməliyyatları üçün əsas hədəflər sırasındadır.
Bu, bəşəriyyətin gələcək enerji, metal və mineral ehtiyaclarını ödəmək üçün həllər təklif edən inqilabi texnologiyadır. Lakin bu prosesi reallaşdırmaq üçün çoxşaxəli səylər və qlobal əməkdaşlıq lazımdır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
