Bu gün:

Alyaska körfəzi


Sakit okeanın şimal-şərqində Kana sahilində Alyaska körfəzində yerləşən duzlu su ilə şirin suyun qovuşduğu bölgə görənləri valeh edib. Körfəzdəki nöqtədə buzlaq suyu ilə okeanın qarışmadığı iddia edilsə də, həqiqət belə deyil.

Alyaska körfəzi Sakit Okeanın şimal-şərqində yerləşir. Təkcə Alyaskanın deyil, Kanada sahillərinin də yerləşdiyi Alyaska körfəzində iki suyun birləşdiyi, lakin qarışmadığı iddia edilib.

Yer üzündəki çaylar, okeanlar və dənizlər tərkibindəki mineralların fərqlərinə görə müxtəlif rənglərdə görünür.

Alyaska körfəzində okean və buzlaq sularının qovuşduğu nöqtə də suyun tərkibindəki mineral fərqlərə görə ayrılmış kimi görünür.

Kaliforniya-Santa Kruz Universitetinin okean elmləri professoru Ken Brulandın sözlərinə görə, əslində Alyaska körfəzindəki su kütlələri bir- birinə qarışır. Onların tamamilə qarışdırılması üçün sadəcə bir müddət lazımdır. Bir müddət sonra suyun tərkibindəki çöküntüdən asılı olaraq şəkil yox olur.

Görüntülərin iki su kütləsinin birləşməyə başladığı zaman qeydə alındığını əlavə edən Bruland, bu sərhədlərin statik olmadığını və dəyişə biləcəyini qeyd edib.

Mənbə: Habertürk
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et