Çarliz Darvin 12 fevral 1809-cu ildə İngiltərənin Şrüzberid şəhərində anadan olub. Onun atası varlı bir həkim idi, anası tərəfdən isə nənəsi tanınmış keramika ustası Cozaiah Vedjvud idi. Anasının 8 yaşında vəfat etməsindən sonra Darvin böyük qardaşı ilə birgə internat məktəbinə getməyə başlayıb.

Darvin əvvəlcə Edinburq Universitetinin Tibb Fakültəsində təhsil almağa başlayıb, amma sonradan din və botanika sahələrinə maraq göstərib və 1831-ci ildə Kembric Universitetindən diplomunu alıb.
Təbiətdə seçmə və təkamül
Çarlz Darvinin təbiətdə seçmə yolu ilə təkamül konsepsiyası növlərinin ətraf mühitə cavab olaraq zamanla yavaş-yavaş dəyişdiyini təklif edir. Bu nəzəriyyə həyatın Yer üzündəki müxtəlifliyi haqqında elmi anlayışımızı dəyişib və müasir biologiyanın inkişafı üçün əsas rol oynayıb.
Təbiətdə seçmə necə işləyir?
Darvinə görə, bir populyasiya daxilində fərdlər müxtəlifliyə malikdir və bu müxtəlifliklərdən bəziləri yaşadıqları mühitə daha yaxşı uyğun gəlir. Nəticədə, uyğunlaşmalara malik olan fərdlər daha çox sağ qalır, çoxalır və bu üstün xüsusiyyətləri öz nəsillərinə ötürürlər.
Zamanla bu proses uyğunlaşma xüsusiyyətlərinin daha geniş yayılmasına səbəb olur və nəticədə yeni növlərin yaranmasına gətirib çıxara bilər.
Darvinin fikirləri öz dövründə geniş müzakirə olunub və bu gün də mübahisələrə səbəb olmağa davam edir. Lakin o, İngiltərədəki evində təcrid edilmiş bir həyat sürərək çox hörmətli bir alim kimi işini davam etdirib.
Onun, həmçinin məşhur Qalapaqos adalarına səyahəti, təbii seçmə nəzəriyyəsinin əsasını təşkil edən müşahidələrə gətirib çıxarıb.
Darvin 19 aprel 1882-ci ildə vəfat edib və Londondakı Vestminster Abbey qəbiristanlığında dəfn olunub.
Mənbə: Verywell Mind
Tərcümə etdi: Arzu Qafarova
