Bu gün:

İnsanları narahat edən hadisə: Taos uğultusu


Dünyanın müxtəlif yerlərindən insanların eşitdiyi və səbəbi açıqlana bilməyən Taos uğultusu qeyri-adi təbiət hadisəsi kimi uzun illər bundan əvvəl həyatımıza daxil olub. 

1950-ci illərin ortalarında dünyanın müxtəlif yerlərində insanlar günlərlə davam edən və mənbəyi məlum olmayan səslər eşitdiklərini bildiriblər. Sonrakı illərdə bu səslər daha çox yerdə və daha çox insan tərəfindən eşidilib. Bu uğultu bəzi insanlar tərəfindən çırpınma və ya gurultu kimi təsvir edilsə də, ümumi olaraq dizel mühərrikinin səsinə bənzədiyi söylənilib.


Bu səslər İngiltərənin Bristol, ABŞ-nin Nyu-Meksiko ştatının Taos şəhəri və Şotlandiyanın Larqs şəhəri kimi bir çox yerdə, xüsusilə gecələr eşidilir. Taos Humming adı, burada keçirilən bir konvensiyadan götürülüb, lakin elm adamları səsin mənbəyini hələ də müəyyən edə bilməyiblər. Daha çox qapalı yerlərdə eşidildiyi müəyyən olunan bu səslər, əsasən 55-70 yaş arası insanlar tərəfindən hiss edilir. Bununla belə, uğultunun eşidildiyi bölgələrdə yaşayan insanların yalnız 2%-i bu vəziyyətdən təsirlənir. 1970-ci illərdə Bristolda edilən şikayətlər isə göstərib ki, uğultunun səbəbi 24 saat işləyən fabriklər və nəqliyyatdır. 


ABŞ-nin İndiana ştatının Kokomo şəhəri, bu qeyri-adi səslərin ən çox təsir etdiyi yerlərdən biri hesab olunur. Əvvəllər 47 min insanın yaşadığı bu qəsəbə, 2003-cü ildə demək olar ki, tamamilə boşaldılıb.


Səslərin səbəbi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülüb. Bunlar arasında aşağı tezlikli elektromaqnit şüalanma, seysmik fəaliyyətlər və hətta psixoloji silahların tətbiqi kimi ehtimallar da var. Ancaq bu nəzəriyyələrin heç biri dəqiq təsdiqini tapmayıb.


Mənbə: Onedio 

Tərcümə etdi: Dilbər Paşazadə


Paylaş
Şərh əlavə et