Bu gün:

Bəşər tarixindəki ən qəddar cəzalardan biri


Orta əsrlərdə istifadə edilən cəza üsulu olan 'immurement', yəni diri-diri basdırılaraq ölümə tərk edilmək indiyə qədər eşitdiyiniz ən qorxulu şey ola bilər. Bu üsul xüsusilə kahin və rahibələrdən tutmuş padşahlara və cinayətkarlara qədər bir çox insana tətbiq olunub. Belə ki, bəzi qurbanlar aylarla yavaş-yavaş ölümə yaxınlaşırdılar. Gəlin onun tarixinə birlikdə baxaq. 


“İmmurement” insana qaçmaq şansı qoymadan tamamilə qapalı məkanda tutulması deməkdir. Bu üsul əksər hallarda insanın tabuta bənzər qutunun içərisinə qoyulması və ya divarın içərisinə basdırılması ilə bağlı olub. Bu dəhşətli cəza Romalılardan tutmuş orta əsr kilsələrinə qədər bir çox mədəniyyətlərdə məşhur cəza üsulu idi. Katolik kilsəsi, xüsusilə, keşiş və rahibələri iffət vədlərini pozduqlarında və ya azğın fikirlər ifadə etdiklərində bu şəkildə cəzalandırırdı.


Divarlar arasında həbs edilmiş bu insanlar yalnız kiçik bir çuxurdan yemək və su verilməklə yaşamağa məcbur olmuş, sonunda tənhalıq və aclıqdan ölmüşdülər.


Bu cəzanın ilk nümunələri Roma İmperiyasına aiddir. Evin və ailənin ilahəsi Vestaya ithaf edilən Vestal bakirə qızları iffət andlarını pozduqları zaman qan tökmək dini və qanuni olaraq qadağan edilmişdi. Əvəzində cəza olaraq onları yeraltı otağa bağlayıb ölümə tərk ediblər.

Bir qabın içərisində yalnız bir az yemək və su qoyulub. Beləliklə, onlar öz ölümlərini gözləyiblər. 


Təəccüblüdür ki, bu cəza üsulu 20-ci əsrə qədər istifadə edilib. 1903-cü ildə bir səyyah İranda daş sütunlar arasında diri-diri basdırılmış insanların qışqıraraq kömək çağırdığının şahidi olduğunu yazıb.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et